Suriya hakimiyyəti İsrail ərazisinin atəşə tutulmasında iştirakını təkzib edir | Icma.az
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriya hakimiyyəti İsrail istiqamətində mərmilərin buraxılmasında iştirakını təkzib edir və İsrailin Suriya ərazisinə endirdiyi zərbəni qınayır.
Bizimyol.info xəbər verir ki, bu barədə ərəb respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Suriya ərazisindən İsrailə atəş açılması ilə bağlı məlumatı hələ də araşdırırıq və təsdiqləyirik ki, ölkəmiz bu günə qədər də, gələcəkdə də Yaxın Şərqdə heç bir dövlət üçün təhlükə yaratmayıb və yaratmayacaq.
İsrailin Dəraa vilayətini hədəf alan zərbəsini qətiyyətlə pisləyirik və bu addımı Suriyanın suverenliyinin açıq şəkildə pozulması hesab edirik”, – deyə Suriya XİN-in bəyanatında bildirilir.
Bu bəyanatı "Əl-İxbariyyə" adlı Suriya televiziya kanalı yayıb.
Suriya XİN əlavə edib ki, ölkə rəhbərliyi baş verən insidentin arxasında regionu sabitsizləşdirmək istəyən müəyyən “qüvvələrin” dayandığını düşünür və vurğulayıb ki, Dəməşq bütün ölkə ərazisində öz hakimiyyətini bərpa etməkdə və qanunsuz silah dövriyyəsinin qarşısını almaqda maraqlıdır.
Çərşənbə axşamı axşam saatlarında İsrail ordusu Suriyadan “iki mərminin buraxıldığını və onların İsrail ərazisində insan yaşamayan sahəyə düşdüyünü” bildirib.
Tam oxu
Xəbəri oxu