Suriya hakimiyyəti İsrail ərazisinin atəşə tutulmasında iştirakını təkzib edir
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə ərəb respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Suriya ərazisindən İsrailə atəş açılması ilə bağlı məlumatı hələ də araşdırırıq və təsdiqləyirik ki, ölkəmiz bu günə qədər də, gələcəkdə də Yaxın Şərqdə heç bir dövlət üçün təhlükə yaratmayıb və yaratmayacaq. İsrailin Dəraa vilayətini hədəf alan zərbəsini qətiyyətlə pisləyirik və bu addımı Suriyanın suverenliyinin açıq şəkildə pozulması hesab edirik”, – deyə Suriya XİN-in bəyanatında bildirilir. Bu bəyanatı "Əl-İxbariyyə" adlı Suriya televiziya kanalı yayıb.
Suriya XİN əlavə edib ki, ölkə rəhbərliyi baş verən insidentin arxasında regionu sabitsizləşdirmək istəyən müəyyən “qüvvələrin” dayandığını düşünür və vurğulayıb ki, Dəməşq bütün ölkə ərazisində öz hakimiyyətini bərpa etməkdə və qanunsuz silah dövriyyəsinin qarşısını almaqda maraqlıdır.
Çərşənbə axşamı axşam saatlarında İsrail ordusu Suriyadan “iki mərminin buraxıldığını və onların İsrail ərazisində insan yaşamayan sahəyə düşdüyünü” bildirib. Cavab olaraq İsrail artilleriyası Suriyanın cənubundakı hədəfləri atəşə tutub. Bu hadisədən az sonra İsrailin müdafiə naziri İsrael Kats baş verənlərə görə Suriya prezidenti Əhməd əş-Şaraa-nı məsuliyyət daşıdığını bəyan edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 İyun 2025 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















