GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya-Türkiyə münasibətlərində təkcə Suriyaya görə yox, digər bir çox bölgələrlə bağlı da problemlər var.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru Andrey Kortunov deyib.
O bildirib ki,, Moskva və Ankaranın təkcə Yaxın Şərqdə deyil, həm də Afrika qitəsində bir çox regional münaqişələrə yanaşması fərqlidir.
Eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin həllinə dair müxtəlif yanaşmalarla bağlı çətinliklər mövcuddur.
Rusiyalı politoloq hesab edir ki, Ərdoğan Vaşinqtonda administrasiya dəyişikliyini gözləyəcək.
“Türkiyə liderinin mövqeyi əsasən Trampla prinsipial strateji razılaşmalar əldə edib-etməməsi ilə müəyyən olunacaq.
Tramp isə bildirib ki, Suriyada baş verənlər Amerikanın problemi deyil.