Icma.az
close
up
RU
Suriya məsələsi Türkiyənin Rusiya və ABŞla münasibətinə necə təsir edəcək?

Suriya məsələsi Türkiyənin Rusiya və ABŞla münasibətinə necə təsir edəcək?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya-Türkiyə münasibətlərində təkcə Suriyaya görə yox, digər bir çox bölgələrlə bağlı da problemlər var.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru Andrey Kortunov deyib.

O bildirib ki,, Moskva və Ankaranın təkcə Yaxın Şərqdə deyil, həm də Afrika qitəsində bir çox regional münaqişələrə yanaşması fərqlidir. Eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin həllinə dair müxtəlif yanaşmalarla bağlı çətinliklər mövcuddur.

Rusiyalı politoloq hesab edir ki, Ərdoğan Vaşinqtonda administrasiya dəyişikliyini gözləyəcək.

“Türkiyə liderinin mövqeyi əsasən Trampla prinsipial strateji razılaşmalar əldə edib-etməməsi ilə müəyyən olunacaq. Tramp isə bildirib ki, Suriyada baş verənlər Amerikanın problemi deyil. O hətta Amerika qoşunlarının Suriyadan çıxarılacağı fikrini də səsləndirib. Bu, Ərdoğan üçün çox vacibdir. Çünki Türkiyə və ABŞ Suriya kürdləri məsələsində barrikadaların əks tərəfindədir. Bu, ikitərəfli münasibətlərdə Türkiyənin Vaşinqtonla fəal qarşılıqlı əlaqədə olmasına imkan verməyən ən mühüm amildir. Tramp bu qıcıqlandırıcı amili aradan qaldıra bilsə, o zaman Türkiyə-ABŞ münasibətlərində daha fərqli irəliləyişlər baş verəcək. Bu halda isə Rusiya-Türkiyə münasibətlərində yeni soyuqluq yarana bilər. Əgər əksi baş versə, o zaman Türkiyə siyasətində şərq vektoru daha çox əhəmiyyət kəsb edəcək”.

Politoloq qeyd edib ki, yeni Suriya hakimiyyəti üçün Moskva ilə münasibətləri tamamilə kəsmək sərfəli deyil. Əksinə, bu münasibətlər yeni təməllər üzərində qurulacaq. Amma Rusiyanın Suriyadakı iki hərbi bazasının taleyinin necə olacağını proqnozlaşdırmaq hələ çox çətindir. Rusiya Suriyanı tamamilə itirsə, bu, bütün Yaxın Şərq regionunda Kremlin xarici siyasəti üçün ciddi problemlər yaradacaq və Türkiyənin mövqeyini gücləndirəcək. Odur ki, hər şey olmasa da, çox məsələlər Suriyadan asılıdır. Rusiyanın Suriyadan tamamilə çıxarılması Moskvanın reputasiyasına ciddi təsir edəcək. Bu faktoru qiymətləndirməmək olmaz”, – deyə politoloq vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri