Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriyada başlayan proseslər Yaxın Şərqdə baş verəcək prosesləri bir qədər də alovlandıracaq.
Artıq bəzi ərəb ölkələri onların ərazisində də çevrilişlər olma ehtimalını nəzərdən keçirir və bu yöndə addımlar atır.
Əlcəzairlə Fransa arasında artıq diplomatik toqquşma baş verib.
Əlcəzair hökuməti Fransanı ölkəni qarışdırmaqda, terror qruplarını maliyyələşdirməkdə ittiham edir.
Proseslər onu göstərir ki, digər ərəb ölkələri də analoji halla üzləşəcək. Suriya ilə bağlı yekun qərarın verildiyini demək mümkün deyil.
Çünki bir çox ölkələr Suriyanın vahidliyinin tərəfdarı olsa da, hətta bu bəyanatı verən ölkələr belə parçalanma ehtimalına qarşı hazırlıqlıdır və yaxud bu yöndə addımlar atır.
HƏMAS-la toqquşmadan sonra Livan “Hizbullah”ı ilə müharibəyə girən İsrail artıq Suriyadakı qarışıqlıqdan, yiyəsizlikdən istifadə edərək Suriya ərazisini vurmaqla yanaşı, müəyyən əraziləri də işğal edir.