Icma.az
close
up
RU
Suriya parçalanır, Rusiya üzüsulu buradan çıxır, Azərbaycan isə… Səxavət Məmməd yazır Yeni Çağ Media

Suriya parçalanır, Rusiya üzüsulu buradan çıxır, Azərbaycan isə… Səxavət Məmməd yazır Yeni Çağ Media

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyada başlayan proseslər Yaxın Şərqdə baş verəcək prosesləri bir qədər də alovlandıracaq. Artıq bəzi ərəb ölkələri onların ərazisində də çevrilişlər olma ehtimalını nəzərdən keçirir və bu yöndə addımlar atır. Əlcəzairlə Fransa arasında artıq diplomatik toqquşma baş verib. Əlcəzair hökuməti Fransanı ölkəni qarışdırmaqda, terror qruplarını maliyyələşdirməkdə ittiham edir. Proseslər onu göstərir ki, digər ərəb ölkələri də analoji halla üzləşəcək.

Suriya ilə bağlı yekun qərarın verildiyini demək mümkün deyil. Çünki bir çox ölkələr Suriyanın vahidliyinin tərəfdarı olsa da, hətta bu bəyanatı verən ölkələr belə parçalanma ehtimalına qarşı hazırlıqlıdır və yaxud bu yöndə addımlar atır.

HƏMAS-la toqquşmadan sonra Livan “Hizbullah”ı ilə müharibəyə girən İsrail artıq Suriyadakı qarışıqlıqdan, yiyəsizlikdən istifadə edərək Suriya ərazisini vurmaqla yanaşı, müəyyən əraziləri də işğal edir. Belə ki, artıq İsrail müdafiə naziri işğal etdikləri ərazilərə yerləşmək ilə bağlı orduya əmr verdiyini açıqlayıb. İsrail bu addımla ən çox yoxluq çəkdiyi su problemini müəyyən mənada həll etmiş olur. İsrail üçün ən uyğun variant Suriyanın parçalanmasıdır. Çünki belə bir parçalanma olacağı təqdirdə ərazisini de-yure olaraq da genişləndirə biləcək. Ona görə də İsrail kürd qruplarına ciddi dəstək verir. ABŞ isə dildə Suriyanın bütövlüyünü istədiyini bəyan etsə də, İsrailin atdığı addımlara göz yummaqla mövqeyini ortaya qoymuş olur. Suriyanın parçalanmasını istəməyən ölkələr arasında Türkiyə, İran, İraqı deyə bilərik. Çünki kürd dövlətinin yaranması mütləq şəkildə bu üç ölkəyə təsirsiz ötüşməyəcək. Türkiyənin B variantı olaraq türkmənləri dəstəkləmək və olası parçalanma fonunda türkmənlərin dövlət qurması yönündədir. Məsələ ondadır ki, bunun özü belə Türkiyəni təhlükədən qorumuş olmur. Zamanında şiə faktoruna qarşı demoqrafik yerdəyişmələr Türkiyənin indiki məqamda baş ağrısına çevrilə bilər. Suriya prosesindən kənarda qalsa da, bu prosesdə mütləq şəkildə İranın müdaxilə edəcəyini görəcəyik. Çünki bu məsələ İranın özünün belə parçalanmasına gətirib çıxara bilər.

Rusiyaya gəldikdə isə ruslar Suriyadakı bazaları Liviyaya köçürməklə məşğuldur. Bu o anlama gəlir ki, Suriyadakı dalğa Liviya ilə yanaşı Afrikanı da vuracaq. Rusiya Afrikada proseslərə hazırlıq olmaq istəyir. “Heyət Təhrir əl-Şam” (HTŞ) lideri əl-Qolani İrandan fərqli olaraq Rusiya ilə əməkdaşlıq edəcəklərinin mesajlarını verir. Düşünürəm ki, əl-Qolani istəsə də, istəməsə də gələcəkdə İranla əməkdaşlığa getməyə məcbur olacaq.

Rusiyanın həm fiziki baxımdan, həm də strateji baxımdan Suriyadakı proseslərə qoşulmağa imkanları yoxdur. Ruslar ona görə də üzüsulu şəkildə Suriyadan çıxıb əməkdaşlıq edəcək. Dünyada nə baş verir versin, Rusiyanı Ukrayna hədəfindən yayındırmır. Görünür ki, Rusiya qarşısına qoyduğu məqsədə çatmaq üçün bəzi bölgələrdən çəkilmələrə gedəcək. Bu onun rəqibləri üçün göydəndüşmədir. Ona görə də gedə biləcəkləri qədər getməyə çalışacaqlar.

Müharibə başlayandan Rusiyanın əsas strateji hədəfinin Odessa olduğunu yazmışam. Rusiya bu hədəfə çıxa biləcək-bilməyəcək, bunu yaxın gələcəkdə görəcəyik. Bundan əlavə, Rusiya üçün Belarusun təhlükəsizliyi və Cənubi Qafqaz əsas ön plandadır. Belarusa nüvə başlıqlarını verilməsi isə Rusiyanın hansı addımlar ata biləcəyini ortaya qoyur. Rusiya NATO təhdidinə qarşı Suvalki dəhlizini hədəf ala bilər. Suvalki NATO üçün son dərəcə əhəmiyyətli bir dəhliz sayılır. Belarusun nüvə başlıqları ilə silahlandırılmsı bu gün üçün yox, məhz bu cür əməliyyatlar üçün nəzərdə tutula bilər.

Dünyada baş verən proseslər isə açıq şəkildə onu göstərdi ki, BMT tam yararsız bir təşkilata çevrilib. Onun Təhlükəsizlik Şurası isə dünya üçün təhlükədir. Dünyada baş verən bütün münaqişələrin altından birbaşa və yaxud dolayısı ilə Təhlükəsizlik Şurasının üzvləri çıxır. Ona görə də yenilənən dünyada BMT də, elə onun Təhlükəsizlik Şurası da yenilənməli olacaq. Böyük ölkələr onsuz da köhnə qanunlarla idarə olunmurdu, artıq regional güclər və kiçik dövlətlər də köhnə qanunlarla hərəkət etmək niyyətində olmadığını ortaya qoyur. Bu şərtlərdə sülhün, nizamın gələcəyini gözləmək məntiqli deyil. Böyük müharibə qaçılmazdır.

Azərbaycan da hərbi gücün artırılması yönündə addımlar atır. Dünyada baş verənlər baxdıqda bunu anlamaq olur. Ancaq bunun cəlbediciliklə etmək lazımdır. Vətən, millət bir yerə qədərdir. Kadrları əldə saxlamaq isə son dərəcə önəmli məsələdir…

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 16 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri