Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türklərin güclü şəkildə ayaqda qalmalarının yeganə şərti birləşib Böyük Turanı qurmaqdır!
Namiq BilalGözəl deyim var: Masada deyilsənsə, menyuda olacaqsan.
Son bir il ərzində İran bütün masalardan sökülüb atıldı və artıq masada deyil, böyük güclərin menyusundadır.
İran uğrunda açıq və ya qapalı şəkildə mübarizə aparan üç böyük güc mərkəzi var.
Bunlar ABŞ, Çin və Türkiyə–Azərbaycan tandemidir, yəni türklərdir.İranda ciddi maraqları olan Rusiya da bu siyahıda ola bilərdi.
Amma Rusiyanın başı Ukraynada elə qarışıb ki, başqa istiqamətdə addım atmağa macalı yoxdur.Göstərilən güc mərkəzlərini İran uğrunda mübarizəyə sövq edən köklü səbəbləri araşdırmağa çalışaq.Amerika siyasilərinin çox sevdikləri bir deyim var: “Allah bizim neftimizi başqa-başqa dövlətlərin torpağının altında gizlətsə də, biz öz neftimizi alacağıq”.
Neft hər zaman böyük toqquşmaları körükləyən ən qiymətli sərvət olub. Bu gün də istisna deyil.