Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

SURİYA TAMAM, NÖVBƏDƏ İRANDIR! Türklərin, ABŞ nin və Çinin İran uğrunda son savaşı başlanır

SURİYA TAMAM, NÖVBƏDƏ İRANDIR! Türklərin, ABŞ nin və Çinin İran uğrunda son savaşı başlanır

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türklərin güclü şəkildə ayaqda qalmalarının yeganə şərti birləşib Böyük Turanı qurmaqdır!

Namiq Bilal

Gözəl deyim var: Masada deyilsənsə, menyuda olacaqsan. Son bir il ərzində İran bütün masalardan sökülüb atıldı və artıq masada deyil, böyük güclərin menyusundadır. İran uğrunda açıq və ya qapalı şəkildə mübarizə aparan üç böyük güc mərkəzi var. Bunlar ABŞ, Çin və Türkiyə–Azərbaycan tandemidir, yəni türklərdir.

İranda ciddi maraqları olan Rusiya da bu siyahıda ola bilərdi. Amma Rusiyanın başı Ukraynada elə qarışıb ki, başqa istiqamətdə addım atmağa macalı yoxdur.

Göstərilən güc mərkəzlərini İran uğrunda mübarizəyə sövq edən köklü səbəbləri araşdırmağa çalışaq.

Amerika siyasilərinin çox sevdikləri bir deyim var: “Allah bizim neftimizi başqa-başqa dövlətlərin torpağının altında gizlətsə də, biz öz neftimizi alacağıq”.

Neft hər zaman böyük toqquşmaları körükləyən ən qiymətli sərvət olub. Bu gün də istisna deyil. Körfəzin ərəb monarxiyalarının və Venesuelanın nefti ABŞ-nin nəzarətindədir. Rusiyanın nefti-qazı üçün də Tramp Amerikası Putinlə çoxgedişli oyunlar qurur.

Amerika təsirindən kənarda qalan ən böyük neft sahəsi İranın nəhəng ehtiyatlarıdır. Cənub qonşumuz neft-qaz ehtiyatlarına görə dünyada ilk beşlikdə yer alır və bu ölkə neftinin əsas hissəsi Çinə satılır. Deməli, Ağ Ev İran neftini nəzarətə götürsə, bir tərəfdən öz geosiyasi gücünə güc qatar, digər tərəfdən isə ən təhlükəli rəqibi olan Çini böyük neftdən məhrum edərdi.

Venesuela neftindən sonra İran neftinin də itirilməsi Çin üçün yeri doldurulması çətin itki olardı. İran Çin üçün təkcə neft mənbəyi deyil, həm də bütün istiqamətlərdəki maraqları üst-üstə düşən çox qiymətli strateji tərəfdaşdır. İranın parçalanması, yaxud fars rejiminin devrilərək yerində qərbmeyilli hakimiyyətin qurulması Çin üçün qəti şəkildə qəbuledilməzdir.

Çin fars rejiminin ayaqda qalması üçün sonuna qədər dirənəcək. Bu günlərdə yaydığı bəyanatla Çin XİN fars rejiminə hərbi dəstək verəcəyini də açıq şəkildə dilə gətirib. ABŞ böyük güc toplayıb İranı vurmadan danışır, Çin isə fars rejiminə ABŞ-yə qarşı hərbi yardım vəd edir. Bu bir ilkdir. Bütün dünyaya səssizcə yayılan Çin Birləşmiş Ştatlara qarşı hərbi variantı dilə gətirirsə, bu, məsələnin fövqəladə dərəcədə böyük olduğunun altını cızır.

Gələk türklərin İranla bağlı maraqlarına. İranda 40 milyondan çox türk yaşayır. Bu, böyük kütlənin türk dünyasına qatılması Böyük Turanın qurulması üçün olmazsa, olmazıdır. Çox detallarına girmədən qısaca vurğulayaq ki, cəngəllik qanunlarının hökm sürdüyü yeni dünyada türklərin güclü şəkildə ayaqda qalmalarının yeganə şərti birləşib Böyük Turanı qurmaqdır. Əks halda, təklənib xəritədən silinmək təhlükəsi yetərincə böyükdür. Yəni, türk toplumlarının İran türkləri uğrunda savaşdan geri çəkilmək variantı yoxdur.

Türklər üçün bu son savaşın başlanmasının bir neçə il ləngiməsi ideal variant olardı. Lakin hadisələr gözləmir. ABŞ və İngiltərə regiondakı zərbə qruplarını sürətlə gücləndirir. Böyük təyyarədaşıyan gəmi flotu və çox sayda bombardman uçaqları İran həndəvərinə toplanır.

ABŞ-nin İranı işğal edə biləcəyi mümkünsüzdür. Belə görünür ki, Venesuela üzərində qurulan oyunun ikinci seriyası İran üzərində planlanır. Bir fərqlə: Maduronu oğurladılar. Xameneini isə oğurlamaq mümkün deyil. Masada onun öldürülməsi planı var.

Məsud Pezeşkian bu səbəbdən “liderimiz öldürülərsə, bu, ABŞ-yə tammiqyaslı müharibə elanı olacaq” deyir. Maduronu necə oğurladılarsa, Xameneini də eləcə vura bilərlər. Venesuelada da, İranda da Mossadın, CİA-nın agentləri ən yüksək dairələrdə çoxdan yerləşiblər.

Pəhləvinin, yaxud ABŞ–İsrail meyilli digər siyasətçinin İranda hakimiyyət başına gətirilməsinə türklər imkan verməyəcək. Türklər “Pəhləvi gələrsə, İranda şaha şah çəkərik” deyir və Qacar xanədanının nümayəndəsini irəli atırlar. Bu deyimin “obıvatel” dilindəki anlamı belədir: Ya mollalardan sonra İranda hakimiyyətə türklər gələcək, ya da İran parçalanacaq.


Son bir həftəyə qədər qonşu Suriyadakı PKK terror dövlətinin varlığı Türkiyənin əl-qolunu yetərincə bağlayırdı. Lakin ABŞ-nin, İsrailin, Avropanın, İranın və Rusiyanın dəstəklədiyi terror dövlətini Türkiyə 4–5 günə bitirdi. Və bunu zəif Şara hakimiyyətinin, çətin yola gələn ərəb aşirətlərinin iştirakı ilə etdi. Türkiyə bu çətin işi ərəblərlə görə bildisə, 40–45 milyonluq türk toplumunu arxasına alan Ankaranın İranda əzib-keçə bilməyəcəyi güc yoxdur. Türkiyə Suriya buxovlarından qurtuldu. Növbədə İrandırsa, olsun İran!

Bu gün böyük güclərin gündəmində İranın zorla, çox radikal şəkildə dəyişdirilməsi məsələsi var. Əslində İran İslam Respublikası kimi çoxmillətli totalitar dövlətlərdəki radikal dəyişikliklər dövlətin parçalanması ilə nəticələnir. Sözsüz ki, dəyişiklik əleyhinə olanlar da var. Rusiya və Çin qəti şəkildə İslam Respublikasının olduğu kimi saxlanmasında maraqlıdırlar. Bu iki dövlət sonuna qədər fars-molla rejiminə hər cür dəstəyi verəcəklər.

Türklər, İsrail və ABŞ isə İrandakı radikal dəyişikliklərdə maraqlıdırlar. Qonşu ölkədə davam edən etirazlar fonunda Türkiyə Cümhuriyyəti neytral mövqedən çıxış edir. Daha doğrusu, Ankaranın mövqeyi kənardan neytral görünür, pərdə arxasında hansı gedişatların olduğunu bilmirik.

Görünən odur ki, Türkiyə bu mərhələdə İranın parçalanmasında maraqlı deyil. ABŞ-nin, xüsusilə də İsrailin istəyi üzrə parçalanma Ankaranın maraqlarına ziddir. İsrail ssenarisinə görə İranın qərbində, İraq və Türkiyə ilə sərhəddə kürd dövləti yaranmalıdır. Regionu və elə kürd xalqının özünü də çox böyük məşəqqətlərə sürükləyəcək bu varianta Türkiyə əsla imkan verə bilməz.

İranla bağlı ən radikal mövqedən çıxış edən İsraildir. Ümumiyyətlə, yəhudi dövləti hər zaman ən radikal və öz maraqları üçün ən maksimal mövqedən çıxış edir. Və təbii haldır ki, yerdəki real vəziyyəti və həqiqi qüvvələr nisbətini nəzərə almadan atılan belə addımlar çox zaman uğursuzluqla nəticələnir. İsrail İranda da bir daşla iki quş vurmağa çalışır. İranı istədiyi ssenari üzrə parçalamaqla İsrail, bir tərəfdən İranın nüvə silahı təhdidindən yaxa qurtarır, digər tərəfdən isə Türkiyə sərhəddində müstəqil kürd dövləti yaratmaqla Türkiyə Cümhuriyyətini ciddi problemlərlə üz-üzə qoymağa çalışır.

Gələk ABŞ-nin mövqeyinə. Birləşmiş Ştatların İran maraqlarında ciddi haçalanma var. Bir tərəfdən fars rejimli İran ABŞ üçün ən əhəmiyyətli antitürk elementidir. Digər tərəfdən isə İran Çin–Rusiya–İran ittifaqının üçüncü ayağı və Çinin ən böyük iki neft təchizatçısından biridir.

Birləşmiş Ştatların maraqları baxımından tərəzinin bir gözünə İranın antitürk əhəmiyyətini, digər gözünə isə Çinin strateji müttəfiqi məsələsini qoyaq. Hesab etmək olar ki, Ağ Evin dərin maraqları baxımından Çin təhlükəsi məsələsi daha ağır basır. Lakin o da nəzərə alınmalıdır ki, ABŞ-dəki böyük sionist lobbinin təzyiqləri ucbatından Ağ Ev öz maraqları ilə İsrailin maraqlarını mümkün qədər uzlaşdırmaq zorundadır. Bu qədər böyük maraqların toqquşduğu mürəkkəb vəziyyətdə rəsmi Vaşinqton özü üçün daha əlverişli olan üçüncü variantı test etməyə çalışır. Belə variant İranın bütövlüyünün saxlanması şərti ilə molla rejiminin devrilməsi və Tehranda ABŞ–İsrail tandeminə yaxın qüvvənin hakimiyyətə gətirilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri