Suriya “TORTU”... | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Yenə “sevinən” müsəlmanlar, yenə yıxılan heykəllər, yenə saqqallı “qəhrəmanlar”, yenə
Yaxın Şərq yenə qaynayır. 61 illik Hafiz və Bəşər Əsəd ata-oğul hakimiyyəti dramatik fəlakətlə sona çatdı.
Bu rejimin hakimiyyət acgözlüyü ucbatından milyonlarla suriyalı vətənindən didərgin düşdü, neçə-neçə suriyalı insan nəsli müharibə və aclıqla doğulub eləcə də həyatdan getdilər, minlərlə günahsız körpələr bombardman nəticəsində dağıntıların altında qalıb torpağa qarışdılar.
Ötən əsrin 60-70-ci illərində Şərqin ən gözəl ölkəsi sayılan Suriya, daha sonralar B.Əsədin hakimiyyət hərisliyi ucbatından vətəndaş müharibəsinə, qan gölünə və tarixin xarabazarlığına çevrildi.
Budur, B.Əsəd tonlarla qızıl və milyard dollarları da özü ilə götürüb Moskvaya sığınıb.
Ən dəhşətlisi isə odur ki, bu sülalə rejimi Suriyanı bu gün dünyanın xəritəsindən silinmək risqi ilə üz-üzə qoyub.
Artıq azı 5-6 ölkə, terror qrupları ac canavar kimi Suriyanın başının üstünü alıblar. Suriyanın "ad günüdür" - TORT üçün hamı novbədədir...
Dünya siyasətinin ƏSL ÜZÜNƏ və acı mənzərəsinə baxın: güclü dövlətlər yeni terror təşkilatları yaradır, onlara bahalı silahlar, bahalı avtomobillər, milyon dollarlar ötürüb hərəkətə gətirirlər.
Tam oxu
Xəbəri oxu