Icma.az
close
up
RU
Menu

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Naxçıvanın enerji sistemi yenidən qurulur

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Vladimir Barbin: Rusiya Qrelandiya münaqişəsinə müdaxilə edəcək

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

Suriya “TORTU”...

Suriya “TORTU”...

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yenə “sevinən” müsəlmanlar, yenə yıxılan heykəllər, yenə saqqallı “qəhrəmanlar”, yenə sərvət müharibəsi...

Yaxın Şərq yenə qaynayır. 61 illik Hafiz və Bəşər Əsəd ata-oğul hakimiyyəti dramatik fəlakətlə sona çatdı. Bu rejimin hakimiyyət acgözlüyü ucbatından milyonlarla suriyalı vətənindən didərgin düşdü, neçə-neçə suriyalı insan nəsli müharibə və aclıqla doğulub eləcə də həyatdan getdilər, minlərlə günahsız körpələr bombardman nəticəsində dağıntıların altında qalıb torpağa qarışdılar. Ötən əsrin 60-70-ci illərində Şərqin ən gözəl ölkəsi sayılan Suriya, daha sonralar B.Əsədin hakimiyyət hərisliyi ucbatından vətəndaş müharibəsinə, qan gölünə və tarixin xarabazarlığına çevrildi. Budur, B.Əsəd tonlarla qızıl və milyard dollarları da özü ilə götürüb Moskvaya sığınıb. Ən dəhşətlisi isə odur ki, bu sülalə rejimi Suriyanı bu gün dünyanın xəritəsindən silinmək risqi ilə üz-üzə qoyub. Artıq azı 5-6 ölkə, terror qrupları ac canavar kimi Suriyanın başının üstünü alıblar.

Suriyanın "ad günüdür" - TORT üçün hamı novbədədir...

Dünya siyasətinin ƏSL ÜZÜNƏ və acı mənzərəsinə baxın: güclü dövlətlər yeni terror təşkilatları yaradır, onlara bahalı silahlar, bahalı avtomobillər, milyon dollarlar ötürüb hərəkətə gətirirlər. PKK-PDY, əsas da hazırda Suriyada ən güclü silahlı qruplaşma olan və B.Əsədin axırına çıxan "Həyat Təhrir əş-Şam" (HTŞ), lideri də Əbu Muhəmməd əl-Culani. Üstəgəl Rusiya hərbi bazaları, ABŞ, İngiltərə, İsrail, İran da Suriya “tortunda” dilim axtarırlar. Xüsusilə Suriya nefti bölgə və dünya güclərinin ağzını sulandıran əsas məsələdir. Amma təkcə Suriya sərvətləri diqqəti cəlb etmir. Həm də burada daha çox torpaq və mövqe qazanmaq uğrunda amansız mübarizə gedir. Və çox yəqin ki, B.Əsəd rejiminin süqutundan sonra qarşıdakı aylarda bu mübarizə terror qruplaşmalarının əli ilə daha amansız hala çevriləcək. Xüsusilə uzun illərdir B.Əsədin hamisi rolunda çıxış edən Rusiya, artıq bu ailə sülaləsini qoruya bilmədiyi üçün yaxın Şərqdəki mövqelərinin əldən çıxmasına sakitcə tamaşa etməyəcək. Ukraynada Qərblə amansız müharibə aparan Vladimir Putinin Suriyada mütləq bir pay qoparacağı, Yaxın Şərqdəki mövqelərini qaytarmaq üçün planlar hazırlayacağı tamamilə gözləntidir.
Türkiyə isə öz təhlükəsizliyi, xüsusilə ABŞ-ın dəstəyi ilə PKK-PYD terror qruplaşmasının Suriya ərazisində at oynatmasına yol verməmək üçün ciddi addımlar atacaq. Uzun illərdir ki, B.Əsədi müdafiə etmək işində Rusiya ilə yanaşı yol gələn, hazırda Suriya siyasətində fiaskoya uğrayan İran da bölgədəki sonrakı proseslərdə mütləq yer alacaq. İsrail isə bu baş verənlər fonunda daha geniş addımlara artıq start verib. Son məlumatlara görə, İsrail ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib. İsrail Suriya məsələsində hamıdan daha aktiv olacaq. Çünki 1967-ci ildə Suriya ilə qısamüddətli müharibədən sonra Coland təpələrini ələ keçirən İsrail, bu gün daha böyük və geniş planlarla ortadadır. Çox güman ki, rəsmi Təl-Əviv Suriya “tortundan” daha çox yararlanmaq, daha çox torpaq qazanmaq və genişlənmək planlarını işə salacaq. Əlbəttə, yenicə Ağ Evə dönüş etmək istəyən, amma hələ ayağı Vaşiqntondakı prezident otağına dəyməyən Donald Trampın xəbəri olmadan bütün bunların reallaşması mümkünsüz məsələdir. Belə görünür ki, dünya siyasətini yenidən “dizayn etmək” fikrinə düşən milyarder Ağ Ev sahibi, haqqında deyildiyi kimi dünya üçün dinclik, sülh, müharibələrin sonluğunu gətirən adama oxşamır. Əslində baxsan, D.Tramp da dərin dünya güclərinin onun üçün yazılmış ssenarini oynamaq məcburiyyətində qalan siyasi aktyordan başqa bir şey deyil...
Amma nədənsə bütün bəlalar müsəlman ölkələrini tapır. On illiklər boyu yetişdirib padişahlıq taxtına əyləşdirdikləri tiranların əli ilə müsəlman ölkələrinin sərvətlərini sovurub aparan böyük dövlətlər, yolun sonunda bu tiranlara “əlvida” deyib yeni qəhrəmanlar ortaya çıxarırlar. Görünür, dünya siyasətinin bossları yenə müsəlman ölkələri üzərindən laboratoriya kimi istifadə edəcəklər.
Dünya mediasına nəzər yetirirəm, telekanallardakı görüntülərdə B.Əsəd rejiminin süqutuna dəli kimi sevinən, motosikletlərinə və avtomobillərinə Suriya bayrağı taxıb meydanlarda var-gəl edən zavallı suriyalıları görürəm. Sevinirlər ki, babalarının, atalarının, özlərinin və körpə övladlarının gələcəyini məhv edən 61 illik sülalə rejiminə son qoyulub. Amma anlamırlar ki, 61 il ata-oğul hakimiyyətini ayaqda saxlayanlar, Suriyanın sərvətlərini bu rejimin əli ilə sümürənlər indi yeni saqqalı “qəhrəmanlar” ortaya çıxaracaqlar və yenə sümürülən, haqları yeyilən həmin bu sevinən, bayram edən suriyalıların özləri olacaq.
Vaxtı ilə Səddam Hüseynin heykəllərini yıxıb bayram edən, daha sonra ABŞ əsgərlərinin itlərinə yem olan iraqlılar da, Müəmmar Qəddafini diri-diri öldürüb çırtlaq atan, bu gün isə qəbilələrə bölünüb bir-birini qıran liviyalılar da gəldi gözümün qarşısına. Bu gün növbədə Suriyadır. Bu ərəb ölkəsinin başına nə oyunlar açılacaq? Yəqin dünyanı idarə edənlər bunu çoxdan müəyyənləşdiriblər. Lakin ortada olan bir həqiqət var: Öz iyrənc səltənətləri üçün 61 ildə yüz minlərlə suriyalını qanına qəltan edən Əsəd ailəsinin bütün cinayətlərində bu rejimi əl üstündə saxlayan böyük dövlətlərin də ən azı onlar qədər günahı və cinayəti var.Amma ən iyrənci bilirsiniz nədir? Həmin bu dünya gücləri Əsəd rejimi süqut edər - etməz, ac canavar kimi əllərindəki terror qruplarını ortaya salıb bu torpaqlardakı sərvətlər üçün mübarizəyə başlayıblar.
Qərbdən gələn guya Suriyanın gələcək “demokratikləşdirilməsi” barədəki bəyanatlar isə gülünclükdən başqa bir şey deyil. Qərbdəki küçə səfilinə də məlumdur ki, yaxın Şərq ölkələrinin cəmiyyətlərində plüral, azad düşüncə tərzi, sivil inkişafa meyl edən ictimai şüur mövcud deyil. Həmin bu Qərb ölkələrinin cinayətləri sayəsində total düşüncəli, yalnız silah və terror "dilindən" anlayan, yalançı din libasına bürünən, terror üçün din faktorundan savadsızcasına istifadə edən kütlə cəmiyyətləri hakimdir yaxın Şərqdə. İraq, Liviya, Misir, Livan, Tunis - hamısı bir bezin qırağıdırlar. Həmişə də belə olacaq. Əksər suriyalılar məzarlıqda, qalanları da dünyanın dörd yanına didərgin düşüblər, belə bir vaxtda sən kimə hansı “demokratiya” vəd edirsən? Heç zaman heç kimə qismət olmayan yalançı “demokratiya” şüarı...
İndi Suriyada saqqalı "müxalifət" sürüsünün zamanı başlayır. Hər supergüc bir terror təşkilatını salıb Suriyanın canına. Əlbəttə, bu böyük ölkəni bir neçə yerə böləcəklər, bu şübhəsiz belədir. Hamısı toyuq ovuna çıxan ac tülkülər kimi pusquda durublar. Suriyanın "ad günüdür", TORT üçün hamı novbədədir...

Mətləb Salahov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see130

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see123

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see116

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110

Vladimir Barbin: Rusiya Qrelandiya münaqişəsinə müdaxilə edəcək

17 İyul 2025 12:26see110

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see109

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri