Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyada Bəşər Əsəd hakimiyyətinin sona çatması bölgədə siyasi və hərbi yöndə dəyişiklikləri gündəmə gətirib.
Bir sıra beynəlxalq ekspertlər ABŞ və İsrailin birbaşa və dolayı müdaxiləsilə formalaşan prosesin təkcə Suriya üçün deyil, həm də qonşu ölkələr və regional aktyorlar üçün ciddi risklər yaratdığını bildirirlər.Türkiyəli analitiklər də yaranmış vəziyyəti müxtəlif aspektlərdən dəyərləndirirlər.Türkiyənin “Aydınlıq” qəzetinin Ankara təmsilçisi İsmət Özçelik Bəsər Əsəd hökumətinin devrilməsini hazırlayan faktorları, Suriyanın gələcəyi ilə bağlı mümkün ssenariləri və Türkiyəyə təhdidləri dəyərləndirib.
Modern.az-ın məlumatına görə, İsmət Özçelik bildirib ki, əslində Hələb və Dəməşqə girən “Heyır Təhrir əl-Şam” (HTŞ) müxalif qruplaşması deyil, ABŞ və İsraildir.“HTŞ sadəcə istifadə olunan vasitəydi.
Gerçəkdə Hələblə Dəməşqə ABŞ və İsrail daxil oldu. Paytaxta hücum hər tərəfdən təşkil olunmuşdu.
HTS və bəzi qruplar şimaldan, PKK/PYD şərqdən, Amerikanın dəstəklədiyi müxaliflər İordaniya sərhədindən, İsrail isə birbaşa qərbdən əməliyyata başladı.
Onların hamısı bir mərkəzdən, ABŞ-İsrail qərargahından idarə olunurdu”.
İsmət Özçelik bildirib ki, Bəşər Əsəd rejiminin zəif tərəfləri çox idi.