Icma.az
close
up
RU
Suriyada yeni dövr Türkiyəni hansı risklər və təhdidlər gözləyir? ŞƏRH

Suriyada yeni dövr Türkiyəni hansı risklər və təhdidlər gözləyir? ŞƏRH

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriyada Bəşər Əsəd hakimiyyətinin sona çatması bölgədə siyasi və hərbi yöndə dəyişiklikləri gündəmə gətirib. Bir sıra beynəlxalq ekspertlər ABŞ və İsrailin birbaşa və dolayı müdaxiləsilə formalaşan prosesin təkcə Suriya üçün deyil, həm də qonşu ölkələr və regional aktyorlar üçün ciddi risklər yaratdığını bildirirlər.
Türkiyəli analitiklər də yaranmış vəziyyəti müxtəlif aspektlərdən dəyərləndirirlər.
Türkiyənin “Aydınlıq” qəzetinin Ankara təmsilçisi İsmət Özçelik Bəsər Əsəd hökumətinin devrilməsini hazırlayan faktorları, Suriyanın gələcəyi ilə bağlı mümkün ssenariləri və Türkiyəyə təhdidləri dəyərləndirib.

Modern.az-ın məlumatına görə, İsmət Özçelik bildirib ki, əslində Hələb və Dəməşqə girən “Heyır Təhrir əl-Şam” (HTŞ) müxalif qruplaşması deyil, ABŞ və İsraildir.
“HTŞ sadəcə istifadə olunan vasitəydi. Gerçəkdə Hələblə Dəməşqə ABŞ və İsrail daxil oldu. Paytaxta hücum hər tərəfdən təşkil olunmuşdu. HTS və bəzi qruplar şimaldan, PKK/PYD şərqdən, Amerikanın dəstəklədiyi müxaliflər İordaniya sərhədindən, İsrail isə birbaşa qərbdən əməliyyata başladı. Onların hamısı bir mərkəzdən, ABŞ-İsrail qərargahından idarə olunurdu”.

İsmət Özçelik bildirib ki, Bəşər Əsəd rejiminin zəif tərəfləri çox idi. Rejim narazı xalqı müqavimətə apara bilmədi.
“Ordunun cəbhədən qaçması isə ABŞ və İsrailin işini asanlaşdırdı. Rusiya havadan dəstək verirdi, lakin yerdə döyüşən Suriya ordusu yox idi. Suriya ordusu müqavimət göstərməyəndə dəstəyə gələnlərin heç bir təsiri olmadı”.

Türkiyəli ekspert bildirib ki, indi Suriyanın bölünməsi gündəmdədir.
“Hücumu həyata keçirən ABŞ və İsrail də bunu açıq şəkildə deyir. Yəni tək Suriya dövləti real deyil. Etnik qrupların muxtar bölgələri yaradıla bilər. Bəlkə bu, bir federasiya ola bilər".
 

İsmət Özçelikin fikrincə, Suriyada hələ heç nə aydın deyil.
“Tezliklə daxili müharibə davam edə, qruplararası döyüş başlaya bilər. Suriyanın neft yataqları, kənd təsərrüfatı tarlaları, su mənbələri ABŞ-ın “qara gücü” olan PKK/PYD-nin nəzarət etdiyi ərazidədir. Suriyada istehsal çox deyil. Xarici dövlətlər Suriyada müvəqqəti sakitliyi təmin edə bilər. Ama bu uzun sürməz”.

Onun sözlərinə görə, ABŞ və İsrailin 40 ildir üzərində işlədiyi “Böyük Kürdüstan” layihəsi də gündəmdədir.

“Türkiyə ilk növbədə ABŞ və İsrail tərəfindən təhdid altındadır. PKK/PYD kimi təşkilatlar istifadə edilən alətlərdir. İŞİD də həmçinin. Əslində oyun çox açıqdır. Suriyadakı hakimiyyət boşluğu Türkiyə üçün risk yaradır. Birinci Körfəz Müharibəsindən sonra 36-cı Paralel üzərində qəsdən səlahiyyət boşluğu yaradıldı. Kukla “kürd dövlətçiliyi”nin əsasları qoyuldu. Suriya ordusu əhalinin sıx məskunlaşdığı ərazilərə geri çəkilməli oldu. Fəratın şərqi boş qaldı. ABŞ dərhal PKK/PYD-ni ora yerləşdirdi. Ağır silahlar verdi. Neft bölgəsii işğal edildi, neft pulları ilə terror təşkilatını maliyyələşdirirlər.
Suriyada PKK/PYD-yə mühüm vəzifələr veriləcək. Terror təşkilatı təkcə Fəratın şərqində deyil, Dəməşqdə də təsirli olacaq. Bu vəziyyət təkcə Türkiyə üçün deyil, bütün region üçün təhlükədir. Bunun qarşısını almağın yolu Türkiyə-İran-Rusiya-İraq-Livanın birgə hərəkət etməsidir. Bu baş verməsə, hamı əziyyət çəkəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri