Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq. Son günlər Suriyada ard-arda gələn xəbərlər ayrı-ayrı hadisələr kimi görünsə də, bütövlü
Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərin mərhələli şəkildə Dəməşqin idarəsinə keçməsi, Fərat üzərində strateji infrastrukt
Bu proses yalnız Suriyanın daxilində güc balansının dəyişməsi deyil, həm də Yaxın Şərqdə diqqətin başqa bir mərkəzə doğru yönəldiyini göstər
Lakin son hadisələr göstərir ki, Vaşinqton bu alətdən mərhələli şəkildə imtina edir.
ABŞ-nin SDF planının qəbul edilməsində israr etməsinə baxmayaraq, kürd tərəfinin tərəddüdü və ardınca ərəb tayfalarının hücumları ABŞ-ın müdaxilə etməməsi ilə nəticələndi.
Bu səssizlik əslində açıq mesaj idi. SDF artıq Vaşinqtonun prioritetləri sırasında deyil.
Bu isə Suriyada oyun qaydalarının dəyişdiyini rəsmiləşdirdi.Bu boşluqdan ilk istifadə edən Dəməşq oldu.
Suriya hökuməti sürətli hərəkət etdi, nəzarət zonalarını genişləndirdi, strateji obyektləri geri aldı və paralel olaraq siyasi şərtlər irəli sürdü.