Icma.az
close
up
RU
Suriyada yeni güc düzəni

Suriyada yeni güc düzəni

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Son günlər Suriyada ard-arda gələn xəbərlər ayrı-ayrı hadisələr kimi görünsə də, bütövlükdə daha böyük regional dəyişimin konturlarını açır.

Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərin mərhələli şəkildə Dəməşqin idarəsinə keçməsi, Fərat üzərində strateji infrastrukturun mərkəzi hökumətə təhvil verilməsi, kürd siyasi və hərbi strukturunun faktiki olaraq dağılması bir epoxanın sonunu göstərir. Bu proses yalnız Suriyanın daxilində güc balansının dəyişməsi deyil, həm də Yaxın Şərqdə diqqətin başqa bir mərkəzə doğru yönəldiyini göstərən əlamətdir.

Uzun illər SDF ABŞ üçün həm İŞİD-ə qarşı mübarizədə, həm də bölgədə təsir aləti rolunu oynadı. Lakin son hadisələr göstərir ki, Vaşinqton bu alətdən mərhələli şəkildə imtina edir. ABŞ-nin SDF planının qəbul edilməsində israr etməsinə baxmayaraq, kürd tərəfinin tərəddüdü və ardınca ərəb tayfalarının hücumları ABŞ-ın müdaxilə etməməsi ilə nəticələndi. Bu səssizlik əslində açıq mesaj idi. SDF artıq Vaşinqtonun prioritetləri sırasında deyil. Bu isə Suriyada oyun qaydalarının dəyişdiyini rəsmiləşdirdi.

Bu boşluqdan ilk istifadə edən Dəməşq oldu. Suriya hökuməti sürətli hərəkət etdi, nəzarət zonalarını genişləndirdi, strateji obyektləri geri aldı və paralel olaraq siyasi şərtlər irəli sürdü. Bu şərtlər sadəcə hərbi inteqrasiya deyil, SDF-nin siyasi olaraq da ləğvini nəzərdə tutur. Fərdi qaydada Suriya ordusuna qəbul, sərhədlərin mərkəzi hökumətə verilməsi, neft və qaz obyektlərinin dövlət nəzarətinə keçməsi Suriyanın yenidən mərkəzləşməsi deməkdir. Bu proses artıq geri dönməz mərhələyə daxil olub.

Türkiyə bu mənzərədə öz təhlükəsizlik narahatlıqlarını əsasən aradan qaldırmış tərəf kimi çıxış edir. Ankara üçün əsas problem olan PKK ilə əlaqəli strukturların Suriyada legitim siyasi və hərbi aktora çevrilməsi riski minimuma enir. MHP lideri Devlet Bahçelinin açıqlamaları da bunu göstərir. Türkiyə kürdlərlə SDF-ni ayırır və bu ayrımı siyasi xətt kimi qoruyur. Ankara üçün Suriyanın ərazi bütövlüyü, mərkəzi hakimiyyətin güclənməsi və federasiya ideyasının rədd edilməsi əsas prioritetdir.

Bu nöqtədə diqqət tədricən Suriyadan İrana keçir. SDF-in zəifləməsi ilə bölgədə minlərlə silahlı döyüşçünün taleyi açıq qalır. Bu qüvvələrin bir hissəsinin İran istiqamətinə yönləndirilməsi ehtimalı artıq ekspert müzakirələrində ciddi yer tutur. İran daxilində etirazların artması, rejimin zəifləyən sosial dayaqları və regional gərginlik fonunda bu faktor təsadüfi deyil. Suriyada bağlanan cəbhə, İranda açılacaq yeni təzyiq mərhələsinin hazırlığı kimi oxunur.

ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırması, aviadaşıyıcı zərbə qruplaşmalarının bölgəyə yaxınlaşması, F-15 qırıcılarının və strateji bombardman imkanlarının hərəkətə gətirilməsi də bu kontekstdə qiymətləndirilməlidir. Burada məqsəd dərhal zərbə endirməkdən çox, mümkün qərarlar üçün manevr sahəsi yaratmaqdır. Vaşinqton İranla bağlı bütün variantları açıq saxlayır və bu variantların bəzisi artıq sahədə ilkin şərtlərin formalaşdırılmasını tələb edir.

Fransa Prezidenti Emmanuel Makronun Suriya rəhbərliyi ilə təmasları və atəşkəs çağırışları isə Avropanın proseslərə nəzarət etmək cəhdini göstərir. Avropa üçün əsas qorxu bölgədə nəzarətsiz eskalasiyadır. Lakin Avropa diplomatiyasının təsir imkanları məhduddur və real hərbi-siyasi qərarlar yenə də Vaşinqton, Ankara və regional güclər arasında formalaşır.

Nəticə etibarilə Suriyada baş verənlər təkcə bir ölkənin daxili məsələsi deyil. Bu, regional güc balansının yenidən qurulmasının bir hissəsidir. SDF faktoru bağlanır, Suriya mərkəzləşir, Türkiyənin təhlükəsizlik xətti möhkəmlənir və bütün bu proseslərin fonunda İran mərhələsi gündəmə gəlir. Yaxın Şərq yeni qarşıdurma dövrünə yox, daha çox mərhələli və hibrid təzyiq dövrünə daxil olur. Bu dövrün əsas xüsusiyyəti isə açıq müharibədən çox, sahədə qurulan siyasi və hərbi konfiqurasiyaların səssiz, amma dərin təsiridir.

Züriyə Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri