Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər Suriyada baş verən hərbi əməliyyatlar regionda yeni bir reallıq yaradıb.
Suriya ordusunun apardığı uğurlu hücumlar nəticəsində SDQ və PYD qüvvələri ciddi şəkildə zəifləyib, nəzarət etdikləri ərazilər xeyli azalıb.
Xüsusilə Ərəb əşirətlərinin yaşadığı bölgələrdə PYD yaraqlılarının mövqeləri demək olar ki, tam sıradan çıxarılıb.
Hazırkı proses tam xaotik şəraitdə getmir və müəyyən nəzarət altında baş verir.
ABŞ, İsrail və digər xarici güclərin təsiri ilə kürd qüvvələri müəyyən məhdudiyyətlərə məhkum edilib.
Bu isə göstərir ki, yaranmış vəziyyət müvəqqəti pauza xarakteri daşıyır və gərginliyin tam bitməsi hələ mümkün deyil.Bölgədəki hərbi əməliyyatlar, manevrlər və diplomatik gedişatlar Suriya ərazisində qarşıdurmanın davam edə biləcəyini göstərir.
Hələlik vəziyyət tam sabitləşməyib və gələcəkdə regionda baş verəcək hadisələr diqqətlə izlənilməlidir.