Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Suriyada yeni reallıq: terror dönəmi bitir?

Suriyada yeni reallıq: terror dönəmi bitir?

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər Suriyada baş verən hərbi əməliyyatlar regionda yeni bir reallıq yaradıb. Suriya ordusunun apardığı uğurlu hücumlar nəticəsində SDQ və PYD qüvvələri ciddi şəkildə zəifləyib, nəzarət etdikləri ərazilər xeyli azalıb. Xüsusilə Ərəb əşirətlərinin yaşadığı bölgələrdə PYD yaraqlılarının mövqeləri demək olar ki, tam sıradan çıxarılıb.

Hazırkı proses tam xaotik şəraitdə getmir və müəyyən nəzarət altında baş verir. ABŞ, İsrail və digər xarici güclərin təsiri ilə kürd qüvvələri müəyyən məhdudiyyətlərə məhkum edilib. Bu isə göstərir ki, yaranmış vəziyyət müvəqqəti pauza xarakteri daşıyır və gərginliyin tam bitməsi hələ mümkün deyil.Bölgədəki hərbi əməliyyatlar, manevrlər və diplomatik gedişatlar Suriya ərazisində qarşıdurmanın davam edə biləcəyini göstərir. Hələlik vəziyyət tam sabitləşməyib və gələcəkdə regionda baş verəcək hadisələr diqqətlə izlənilməlidir.

Suriyada yenidən gərgin vəziyyət

Politoloq Əli Mustafa “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Suriyada son günlər baş verən hərbi əməliyyatlar yeni bir reallıq yaradıb.

Onun sözlərinə görə, Suriya ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində SDQ və PYD terror qüvvələri ciddi şəkildə zəifləyib və onların nəzarətində olan ərazilər xeyli azalıb: “Xüsusilə Ərəb əşirətlərinin yaşadığı bölgələrdə PYD yaraqlıları demək olar ki, ciddi şəkildə təmizlənib. Bu proses tam xaotik şəraitdə getmir, müəyyən nəzarət altında baş verir. ABŞ səfirinin iştirakı ilə Suriya və PYD qüvvələri arasında hər hansı rəsmi uzlaşma olsa da, bu razılaşma tam deyil. Yeni şərtlər PYD üçün məcburi olsa da, onların bunu qəbul etməməsi və qarşıdurmaların davam etməsi ehtimalı yüksəkdir. Müvəqqəti pauza ola bilər, amma gərginliyin tam bitməsi hələ mümkün görünmür. Yeni vəziyyəti həzm etmək PYD yaraqlıları və tərəfdarları üçün asan deyil. Suriya ordusunun gücü və əməliyyat imkanları isə kifayət qədərdir. ABŞ və bəzi Avropa ölkələrinin maraqları da prosesi təsir edir. Tərəflər uzlaşmağa çalışacaq, amma bu asan olmayacaq.

Suriya ordusunun fəaliyyəti regionda yeni şərtlər yaradıb və gələcək qarşıdurmaların tamamilə dayandığını söyləmək hələ tezdir”.

Regionda təhlükəli ssenarilər

Politoloq Tofiq Abbasov qeyd edib ki, son dövrlərdə gündəmə gətirilən razılaşmalar real və davamlı dəyişiklik vəd etmir və əslində müvəqqəti xarakter daşıyır: “Bu razılaşmaların heç vaxt münasibətlərdə ciddi və müsbət dönüş yaradacaq gücü olmayacaq. Proseslər əsasən İran zəminində gedir. Terror qruplaşmalarına müəyyən ümidlər verildi, lakin onların hədəflərinə çatması mümkün olmadı. ABŞ, İsrail və Böyük Britaniyanın kəşfiyyat strukturları bu qüvvələrdən istifadə etməyə çalışsalar da, nəticə əldə edə bilmədilər. Hazırda kürdlərə yalnız Suriya hökuməti ilə müəyyən formada barışıq imkanı tanınır. Qərb mərkəzləri, xüsusilə ABŞ və London, Yaxın Şərqdə kürd dövlətinin yaradılması ideyasından hələ də əl çəkməyiblər. Bu planlar İsrailin regional siyasətinin davamı kimi nəzərdə tutulur. İsrail təkbaşına artan təzyiqlərə tab gətirməkdə çətinlik çəkir və buna görə yeni bir aktorun meydana çıxması zəruridir. Kürdlər isə bu prosesdə alətə çevrilir, onlara reallıqdan uzaq vədlər verilir. Mövcud şəraitdə isə kürd dövlətinin yaradılması üçün heç bir real zəmin yoxdur”.

Ankara və Tehrandan ortaq mövqe

Politoloq əlavə edib ki, region ölkələrinin, xüsusilə Türkiyə və İranın təhlükəsizlik strukturlarının əməkdaşlığı bu planların qarşısını almaqda mühüm rol oynayır: “İrana yerləşdirilən silahlı kürd qruplaşmalarının qısa müddətdə zərərsizləşdirilməsi göstərdi ki, Ankara və Tehran bu məsələdə ortaq mövqedən çıxış edir. Bu, kənar güclərin planlarına ciddi zərbə vurdu. Suriyanın parçalanması və ərazisində bir neçə kiçik dövlətin yaradılması planı hələ də gündəmdədir. ABŞ, İsrail və Böyük Britaniya Suriyanı unitar dövlət kimi görmək istəmir. Məqsəd ölkəni bölmək və bu ərazilərdən birində kürd dövləti yaratmaqdır. Bütün bunlar Yaxın Şərqi daha böyük qarşıdurmalara sürükləyə bilər. Vəziyyət son dərəcə gərgindir və regionu alova çevirə biləcək ssenarilər hələ də gündəmdədir. İranla bağlı proseslər də paralel şəkildə davam edir və regionda geosiyasi qarşıdurma mərhələli şəkildə genişlənir”.

“Suriyada terror dövləti qurulur”

Politoloq Oqtay Qasımov diqqətə çatdırıb ki, özünü “Suriya Demokratik Qüvvələri” adlandıran, əslində isə PKK/PYD tərəfindən formalaşdırılmış bu terror qruplaşması Suriyada vətəndaş müharibəsi başladıqdan sonra ölkə ərazilərinin təxminən üçdə birini nəzarət altına alıb.

O qeyd edib ki, PKK/PYD-nin Suriyada bu qədər geniş ərazilərə nəzarət etməsi onların öz imkanları hesabına deyil, ABŞ, bir sıra Avropa ölkələri və İsrailin uzunmüddətli və sistemli dəstəyi nəticəsində mümkün olub: “2011-ci ildən bu günə qədər PKK/PYD məhz ABŞ-nin verdiyi çoxşaxəli siyasi, hərbi və maliyyə dəstəyi ilə Suriyanın ən bərəkətli və ən zəngin torpaqlarını nəzarətdə saxlayıb. Suriyada rejim dəyişikliyindən sonra ötən ilin mart ayında Suriya müvəqqəti hökumətinin başçısı Əhməd Şaara ilə SDQ-nin rəhbəri Mazlum Abdi arasında anlaşma imzalanıb. Həmin razılaşmaya əsasən, SDQ-nin silahlı qüvvələrinin Suriya ordusuna inteqrasiya olunması və bu prosesin başa çatdırılması nəzərdə tutulurdu. Lakin PKK/PYD-nin bunu real şəkildə həyata keçirəcəyi inandırıcı görünmürdü və məhz bu səbəbdən proses uzandı”.

O, bildirib ki, aparılan danışıqlarda ABŞ iki tərəf arasında vasitəçi rolunu oynayıb və hazırda da bu prosesi yönləndirməyə çalışır: “Mazlum Abdi açıq şəkildə nəzarətləri altında olan ərazilərdən geri çəkilməyəcəklərini bəyan edir. Eyni zamanda Dəməşqə gedəcəyini və Suriya rəhbərliyi ilə görüşlərin keçiriləcəyini açıqlayır. Əhməd Şaaranın imzaladığı son fərmanla SDQ üzvlərinin fərdi qaydada Suriya ordusuna üzv ola bilməsi nəzərdə tutulur. Bununla yanaşı, kürdlərə müəyyən hüquqların tanınması, kürd dilinin istifadəsi və Novruz bayramının Suriyada qeyd olunması ilə bağlı qərarların verilməsi müsbət addımlar kimi qiymətləndirilə bilər. Lakin bütün bunlar Suriyanın unitar dövlət quruluşunun qorunması məqsədi daşıyır”.

Oqtay Qasımov vurğulayıb ki, buna baxmayaraq, PKK/PYD/SDQ-nin real qərarvermə mexanizmi öz əlində deyil: “Bu qruplaşma ABŞ və İsraildən gələn təlimatlara uyğun hərəkət edir. ABŞ bu prosesə müsbət yanaşacağı təqdirdə PKK da buna razı olacaq. Əks halda razılaşmaların pozulması riski qalmaqdadır. Son dövrlərdə baş verən proseslər Suriyanın ərazi bütövlüyü və suverenliyi baxımından mühüm əhəmiyyət daşıyır və bu ölkə üzərində aparılan geosiyasi oyunların pozulmasına yönəlib. Müəyyən ümidlər var ki, PKK ilə Suriya hökuməti arasında müəyyən razılaşmalar əldə oluna bilər. Lakin bu prosesin taleyi əsasən ABŞ-nin mövqeyindən asılı olacaq”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Yanvar 2026 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri