Suriyanı bombalayıblar: çoxsaylı ölən və yaralı var

27.11.2024

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İsrailin döyüş təyyarələri Suriyanın mərkəzi hissəsində yerləşən Homs vilayətinə hava hücumu təşkil edib.
Reyting.az
xəbər verir ki, bölgəyə hərbi yük daşındığı, çoxlu sayda ölən və yaralının olduğu bildirilir.
Suriyanın SANA agentliyi yazır ki, İsrail qırıcıları Homsun qərbində üç hücum həyata keçirib. Hücumlarda İranın dəstəklədiyi qrupların hərbi məntəqələri Homs və Tartus əyalətləri arasında keçid məntəqələri olan Abbudiya, Djirmaş və Debbusiya şəhərlərində hədəfə alınıb.
Mənbələrin bildirdiyinə görə, son günlər sözügedən məntəqələrin yaxınlığından hərbi yük daşımaları həyata keçirilib. Hücumlarda çoxlu silahlı elementin öldüyü, çoxlu sayda yaralının olduğu qeyd edilib.
SANA İsrail qüvvələrinin Arida və Debbusiyeni hədəf aldığını da bildirib.
Hücumla bağlı İsrail tərəfindən hələlik heç bir açıqlama verilməyib.
ELÇİN

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью