Suriyanı bombalayıblar: çoxsaylı ölən və yaralı var
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin döyüş təyyarələri Suriyanın mərkəzi hissəsində yerləşən Homs vilayətinə hava hücumu təşkil edib.
Reyting.az xəbər verir ki, bölgəyə hərbi yük daşındığı, çoxlu sayda ölən və yaralının olduğu bildirilir.
Suriyanın SANA agentliyi yazır ki, İsrail qırıcıları Homsun qərbində üç hücum həyata keçirib. Hücumlarda İranın dəstəklədiyi qrupların hərbi məntəqələri Homs və Tartus əyalətləri arasında keçid məntəqələri olan Abbudiya, Djirmaş və Debbusiya şəhərlərində hədəfə alınıb.
Mənbələrin bildirdiyinə görə, son günlər sözügedən məntəqələrin yaxınlığından hərbi yük daşımaları həyata keçirilib. Hücumlarda çoxlu silahlı elementin öldüyü, çoxlu sayda yaralının olduğu qeyd edilib.
SANA İsrail qüvvələrinin Arida və Debbusiyeni hədəf aldığını da bildirib.
Hücumla bağlı İsrail tərəfindən hələlik heç bir açıqlama verilməyib.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Türkiyədə qəza: ölən və çoxsaylı yaralı var
03 Dekabr 2024 10:22
Kiyevə hücum olub, ölən və çoxsaylı yaralı var
29 Noyabr 2025 08:46
Ruslar yaşayış binasını raketlə vurub: ölən və çoxsaylı yaralı var
23 Yanvar 2025 11:31
Qazaxıstanda faciə: çoxsaylı ölən və yaralılar var
27 Fevral 2026 13:18
ABŞ Suriyanı bombaladı: Ölən və yaralanan var
24 Dekabr 2024 10:14
Baxış sayı:197
Bu xəbər 27 Noyabr 2024 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















