Suriyanın ölkəmizdəki səfirliyi nə zaman açılacaq? AÇIQLAMA | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Suriyada ötən il 50 illik Bəəs rejimi devrilib.
Bundan sonra Azərbaycanla Suriyanın keçid hökuməti arasında münasibətlər normallaşmağa başlayıb.
Azərbaycanın Suriyadakı səfirliyi də artıq fəaliyyətini bərpa edib.
Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əş Şaara bu yaxınlarda Prezident İlham Əliyevlə görüşüb.
Lakin hələ də Suriyanın ölkəmizdəki səfirliyi fəaliyyətini bərpa etməyib.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Suriyanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin bərpası üçan təbii ki, zaman lazımdır: “Hökumət yeni formalaşıb.
Ölkə faktiki olaraq dağılmış vəziyyətdədir. İnfrastruktura böyük ziyan dəyib.
Ölkənin yenidən normal məcraya qayıtması, büdcəsinin formalaşması üçün zaman lazımdır.
Tam oxu
Xəbəri oxu