Icma.az
close
up
RU
Suriyanın ölkəmizdəki səfirliyi nə zaman açılacaq? AÇIQLAMA

Suriyanın ölkəmizdəki səfirliyi nə zaman açılacaq? AÇIQLAMA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyada ötən il 50 illik Bəəs rejimi devrilib. Bundan sonra Azərbaycanla Suriyanın keçid hökuməti arasında münasibətlər normallaşmağa başlayıb. Azərbaycanın Suriyadakı səfirliyi də artıq fəaliyyətini bərpa edib. Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əş Şaara bu yaxınlarda Prezident İlham Əliyevlə görüşüb.
Lakin hələ də Suriyanın ölkəmizdəki səfirliyi fəaliyyətini bərpa etməyib.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Suriyanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin bərpası üçan təbii ki, zaman lazımdır:

“Hökumət yeni formalaşıb. Ölkə faktiki olaraq dağılmış vəziyyətdədir. İnfrastruktura böyük ziyan dəyib. Ölkənin yenidən normal məcraya qayıtması, büdcəsinin formalaşması üçün zaman lazımdır. Zənnimcə, Suriya bu mərhələni keçdikcə, təkcə Azərbaycanda deyil, digər ölkələrdəki səfirliklərinin də fəaliyyəti bərpa olunacaq. İndiki halda Suriyanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin bərpa olunmaması bilavasitə bununla əlaqələndirirəm. Digər mühüm faktor da mütəxəssislərlə, diplomatlarla bağlı məsələlərdir. Bəlli olduğu kimi Suriya Xarici İşlər Nazirliyində çalışan və Suriyanın başqa ölkələrdəki səfirliyində fəaliyyət göstərən diplomatlar bilavasitə Əsəd rejimi ilə bağlı olan şəxslər olublar. Yeni diplomatik korpusun formalaşması üçün də zənnimcə zamana ehtiyac var. Əsəd rejimi ilə birbaşa işbirliyində olan insanlara yenidən Suriya üçün əhəmiyyət kəsb edən ölkələrdə Suriyanı təmsil etməsinə etimad göstəriləcəyinə inanmıram. Diplomatik korpusun formalaşması, yeni insanların gəlməsi, ölkənin xarici siyasəti ilə bağlı konturları da bəlli deyil. Suriya hazırda oturuşmuş dövlət deyil ki, bu məsələlər haqda danışmaq mümkün olsun”.


Deputat vurğulayıb ki, Suriya diplomatik korpusunun formalaşması prosesinə də Azərbaycan töhfə verə bilər:

“Azərbaycanda diplomatiya sahəsində çox uğurlu təhsil verən ADA Universiteti var. Suriyalı mütəxəssislərin və yaxud Suriya hökumətinin etimad göstərdiyi şəxslərin bu universitet də təhsil alması qənaətimə görə mümkündür. Bütün bu problemlərin həlli üçün zamana ehtiyac var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Aprel 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri