Suriyanın parçalanması Türkiyə üçün də təhdiddir Ekspert | Icma.az
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. "Türkiyə bu mərhələdə Suriyaya qoşun yeritməyəcək.
Bunun üçün artıq başqa qüvvələr intensiv şəkildə hərəkətə gətirilib".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyə Ordusunun Suriyaya geniş miqyaslı hücuma keçəcəyilə bağlı iddiaları şərh edərkən deyib.
Rufiz Hafizoğlu bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra daha bir fərqli tablo açılıb: "Burada olan bütün oyunçular bəziləri yaxşı, bəziləri də pis mənada artıq tam olaraq simalarını ortaya qoya bildi.
Burada Türkiyə, ABŞ, İsrail, Rusiya, İran, Səudiyyə Ərəbistanı və xalq olaraq Suriyanın maraqları var.
Bəziləri hesab edirdi ki, həmin qüvvələr qarşısında yalnız Bəşər Əsəd qoruyucu və dövlətin unitarlığını saxlayan qüvvədir.
Amma bu yanlışdır. Ölkənin 30 faizindən çoxu PKK-nın Suriya qolu olan YPG və PYD tərəfindən işğal olunub.
Habelə, Suriya səhrasının bəlli qisminə İŞİD-ə bağlı terrorçu qüvvələr nəzarət edir.
Tam oxu
Xəbəri oxu