Icma.az
close
up
RU
Suriyanın parçalanması Türkiyə üçün də təhdiddir Ekspert

Suriyanın parçalanması Türkiyə üçün də təhdiddir Ekspert

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Türkiyə bu mərhələdə Suriyaya qoşun yeritməyəcək. Bunun üçün artıq başqa qüvvələr intensiv şəkildə hərəkətə gətirilib".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyə Ordusunun Suriyaya geniş miqyaslı hücuma keçəcəyilə bağlı iddiaları şərh edərkən deyib.

Rufiz Hafizoğlu bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra daha bir fərqli tablo açılıb:

"Burada olan bütün oyunçular bəziləri yaxşı, bəziləri də pis mənada artıq tam olaraq simalarını ortaya qoya bildi. Burada Türkiyə, ABŞ, İsrail, Rusiya, İran, Səudiyyə Ərəbistanı və xalq olaraq Suriyanın maraqları var. Bəziləri hesab edirdi ki, həmin qüvvələr qarşısında yalnız Bəşər Əsəd qoruyucu və dövlətin unitarlığını saxlayan qüvvədir. Amma bu yanlışdır. Ölkənin 30 faizindən çoxu PKK-nın Suriya qolu olan YPG və PYD tərəfindən işğal olunub. Habelə, Suriya səhrasının bəlli qisminə İŞİD-ə bağlı terrorçu qüvvələr nəzarət edir. Burada ABŞ tərəfindən aktiv dəstəklənən druzlara məxsus qüvvələr də var. İran isə Əsədin devrilməsindən sonra buradan qismən çıxmalı oldu. Digər tərəfdən, Türkiyənin də aktiv şəkildə dəstəklədiyi Azad Suriya Ordusu da var".


Həmsöhbətiiz qeyd edir ki, Əsədin devrilməsindən sonra YPG və PYD qüvvələri gələcək üçün ciddi tətdiddir: 

"Bu qüvvələr sadəcə Türkiyə üçün təhdid deyil. Eyni zamanda, Suriya xalqı üçün də təhdiddir. Ölkə əhalisinin azı 70 faizdən çoxu sünnidir. 50 faizi isə ərəblərdən ibarətdir. YPG və PYD təhdidi ABŞ-ın maraqlarına xidmət edir. ABŞ, İsrail və İran Suriyanın parçalanmasında maraqlıdır. Suriyanın parçalanmasında maraqlı olmayan tək dövlət Türkiyə və hazırkı Dəməşq hökumətidir. Hazırkı Suriya hakimiyyəti bütün silahlı qruplaşmaları silahı yerə qoymağa çağırıb. Həmçinin, PYD-yə çağırış ediblər ki, bölgələri müharibəsiz Suriya milli ordusuna təhvil versinlər".

Ekspert bildirir ki, Türkiyə heç bir halda ilkin mərhələdə birbaşa PYD üzərinə hücuma keçməyəcək:

"Bunun üçün artıq başqa qüvvələr intensiv şəkildə hərəkətə gətirilib. Əvvəl Azad Suriya Ordusu və Türkiyə Ordusu mübarizəni paralael aparırdılarsa, indi kürd qruplarına qarşı düşmən kəsilən digər kəsim - Colaniyə tabe olan və Dəməşqdə hakimiyyəti ələ keçirən silahlı müxalifətdir. Onlar da PYD-yə ciddi  təhdid kimi baxırlar. Bu baxımdan, Türkiyənin bölgəyə birbaşa müdaxiləsi olmayacaq. Böyük ehtimalla ya danışıqlar, ya da müharibə yolu ilə PYD-nin ciddi şəkildə sıxışdırılması prosesi başlayacaq. Bu zaman Azad Suriya Ordusu və Suriya milli ordusu zəif olsa, Türkiyə müdaxilə edəcək".

Rufiz Hafizoğlu qeyd edib ki, PYD və YPG-nin nəzarətidəki bölgələrdə yerli ərəb sünnilər və qismən dindar kürdlər tərəfindən solçu PYD-yə qarşı üsyanlar başlayıb:

"Bu da YPG rejiminin çökməsinə təkan verən hadisələrdir. Müxalifət başa düşür ki, enerji ehtiyatları ilə zəngin bölgələr kürd qruplaşmalarının nəzarətində olduğu müddətdə, Suriya dövlətinin unitarlığı qorunub saxlanılmayacaq. Bütün bunlar yalnız söylədiyim ssenarilərin olması ehtimalında baş verəcək hadisədir. Ölkənin federativ olması ehtimalı var. Lakin Türkiyə heç bir halda Suriyanın, xüsusən də şimalda federativ strukturun olmasına icazə verməyəcək. Çünki bu gələcəkdə Türkiyənin özü üçün də təhdiddir". 

Qeyd edək ki, "The Wall Street Journal” amerikadan olan məmurlara istinadən Türkiyənin Suriyaya geniş miqyaslı hücum üçün sərhəddə hərbi qüvvələrini gücləndirdiyini iddia edib. Daha əvvəl isə "The Washington Post” yazıb ki, Əsədin devrilməsilə hakimiyyətə gələn Türkiyə meylli qüvvələrlə ABŞ-ın dəstəklədiyi kürd qüvvələri arasında vətəndaş müharibəsinin alovlanması ehtimalı realdır. 

Xatırladaq ki, hazırda Suriya ərazisinin 25 faizi kürd dəstələrinin nəzarətindədir. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri