Suriyanın yeni bayrağı nəyi simvolizə edir? | Icma.az
Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir. Suriyada 61 illik Baas rejimi süqut etdi və müxalifət qələbə qazandı.
Rejimin süqutundan sonra ölkənin bayrağı da dəyişib. Bəs yeni bayraq nəyi simvolizə edir?
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Suriyada vətəndaş müharibəsi başlayandan, 2011-ci ildən bəri müxtəlif qrupları təmsil etmək üçün ən azı iki bayraq istifadə edilib.
Yaşıl, ağ, qara və qırmızı bayraq Suriya Ərəb Respublikasının ilk bayrağıdır və 1961-ci ildən 1963-cü ilə qədər istifadə edilmişdir.
Bu bayraq həm də Suriyada davam edən vətəndaş müharibəsi zamanı müxalifətin simvolu olub.
Vətəndaş müharibəsi dövründə Suriya Milli Şurası tərəfindən təmsil olunan müxalifət 1932-ci il müstəqillik bayrağının dəyişdirilmiş variantından istifadə etməyə başlayıb.
Bu bayraq 2011-ci ilin sonunda protest nümayişlərində geniş şəkildə istifadə olundu.
Müxalifət hökumətdən fərqlənmək və Suriyanın müstəqilliyini simvolizə etmək üçün müstəqillik dövründə istifadə olunan bayrağı qəbul etmişdi.
Tam oxu
Xəbəri oxu