Icma.az
close
up
RU
Suriyanın yeni bayrağı nəyi simvolizə edir?

Suriyanın yeni bayrağı nəyi simvolizə edir?

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyada 61 illik Baas rejimi süqut etdi və müxalifət qələbə qazandı. Rejimin süqutundan sonra ölkənin bayrağı da dəyişib. Bəs yeni bayraq nəyi simvolizə edir?

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Suriyada vətəndaş müharibəsi başlayandan, 2011-ci ildən bəri müxtəlif qrupları təmsil etmək üçün ən azı iki bayraq istifadə edilib.

Yaşıl, ağ, qara və qırmızı bayraq Suriya Ərəb Respublikasının ilk bayrağıdır və 1961-ci ildən 1963-cü ilə qədər istifadə edilmişdir. Bu bayraq həm də Suriyada davam edən vətəndaş müharibəsi zamanı müxalifətin simvolu olub.

Vətəndaş müharibəsi dövründə Suriya Milli Şurası tərəfindən təmsil olunan müxalifət 1932-ci il müstəqillik bayrağının dəyişdirilmiş variantından istifadə etməyə başlayıb. Bu bayraq 2011-ci ilin sonunda protest nümayişlərində geniş şəkildə istifadə olundu. Müxalifət hökumətdən fərqlənmək və Suriyanın müstəqilliyini simvolizə etmək üçün müstəqillik dövründə istifadə olunan bayrağı qəbul etmişdi.

2011-ci ilin martında, Suriyada vətəndaş müharibəsi başlayanda Bəşər Əsəd rejiminə qarşı nümayişlərə qatılanlar məhz bu üç ulduzlu bayrağı dalğalandırırdılar.

Suriya Milli Şurasının rəsmisi Xalid Kamal bu bayrağın həm də müstəqilliyi, həm də Bəşər Əsəd hökumətinin sonunu təmsil etdiyini qeyd edir.

Hazırda bu bayraq əsasən Suriya Milli Koalisiyasının nəzarətində olan ərazilərdə istifadə olunur. Onun istifadəsi Liviya üsyançılarının da Qəddafinin yaşıl bayrağına qarşı əvvəlki Liviya Krallığının qırmızı-qara-yaşıl-ağ bayrağını seçməsinə bənzəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 09 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see456

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see345

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see337

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see323

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see293

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see292

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see288

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see277

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see275

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see275

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see270

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see268

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see251

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see251

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see251

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see223

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see217

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see216

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see215

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri