Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq. Xəbər verdiyimiz kimi, Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü pol
Belə ki, gündəlik həyatlarında tez-tez taksi xidmətindən istifadə edən vətəndaşlar sosial şəbəkələrdə artıq taksidən istifadə etməyə çəkindi
Elə sürücülərin ucbatından taksiyə minməyə ehtiyat edirəm”.Bəs, maraqlıdır, sürücülər işə götürülərkən hansı meyarlar nəzərə alınır?Azərbayc
Buraxılış kartları sənədlərdə olan uyğunsuzluq səbəbindən və icazə sahibinin müraciəti əsasında ləğv edilə bilir.
Vurğulanıb ki, Qanunda konkret olaraq müəddəalar mövcuddur və eyni zamanda məhkəmənin müvafiq qərarı olduqda da icazə sənədləri ləğv olunur:“Qeyd edək ki, sürücülər peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə hüquq qazanırlar.
Bugünədək 58600-ə yaxın şəxs AYNA-nın təşkil etdiyi təlimlərə cəlb olunub.
Etik davranış üzrə təlimlər də proqramın ayrılmaz hissəsidir”.Qeyd olunub ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərin icazəyə müraciət təqdim etdikləri sənədlərin içərisində reysqabağı texniki baxışın həyata keçirilməsi üzrə bağlanmış müqavilə, sürücülərin reysqabağı tibbi müayinəsi ilə bağlı müqavilə, həmçinin sürücülərin narkoloji testlərdən keçdiyini təsdiq edən arayışlarının olması mütləqdir.“Sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı mütəmadi tədbirlər görülür.
Həyata keçirilən mütəmadi monitorinqlər və vətəndaşların şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində pozuntu aşkar olunduqda, sürücülər xidmətdən kənarlaşdırılır”,- deyə AYNA-dan bildirilib.Bolt-dan isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, Bolt sifariş operatoru funksiyasını yerinə yetirir, yəni sifarişləri müştərilərlə daşıyıcılar arasında əlaqələndirir.