Icma.az
close
up
RU
Sürücü seçimində boğluqlar: “Artıq taksiyə minməyə qorxuruq” Vətəndaşların narahatlığı artır

Sürücü seçimində boğluqlar: “Artıq taksiyə minməyə qorxuruq” Vətəndaşların narahatlığı artır

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Avtosfer.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb.
Baş verən hadisə insanlarda narahatlıq yaradıb. Belə ki, gündəlik həyatlarında tez-tez taksi xidmətindən istifadə edən vətəndaşlar sosial şəbəkələrdə artıq taksidən istifadə etməyə çəkindiklərini qeyd ediblər.
Mütəmadi taksi xidmətindən istifadə edən paytaxt sakini Münəvvər Məmmədzadə deyir ki, bu hadisədən sonra taksi sifariş vermir:
“Açığı, qorxuram. Elə sürücülərin ucbatından taksiyə minməyə ehtiyat edirəm”.
Bəs, maraqlıdır, sürücülər işə götürülərkən hansı meyarlar nəzərə alınır?
Azərbaycan Yürüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.
Qurumdan nəzərə çatdırılıb ki, hadisəni törədən şəxs barədə dolğun məlumat olmadığından taksi sürücülərinin etik-davranış qaydalarına dair təlimlərdə iştirak edib-etmədiyi və taksi fəaliyyəti üçün icazəsinin olub-olmadığı məlum deyil.
AYNA-dan verilən məlumata görə, icazələrin ləğvi “Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən edilir və ona uyğun olaraq rəsmiləşdirilir. Buraxılış kartları sənədlərdə olan uyğunsuzluq səbəbindən və icazə sahibinin müraciəti əsasında ləğv edilə bilir. Vurğulanıb ki, Qanunda konkret olaraq müəddəalar mövcuddur və eyni zamanda məhkəmənin müvafiq qərarı olduqda da icazə sənədləri ləğv olunur:
“Qeyd edək ki, sürücülər peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə hüquq qazanırlar. Bugünədək 58600-ə yaxın şəxs AYNA-nın təşkil etdiyi təlimlərə cəlb olunub. Etik davranış üzrə təlimlər də proqramın ayrılmaz hissəsidir”.
Qeyd olunub ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərin icazəyə müraciət təqdim etdikləri sənədlərin içərisində reysqabağı texniki baxışın həyata keçirilməsi üzrə bağlanmış müqavilə, sürücülərin reysqabağı tibbi müayinəsi ilə bağlı müqavilə, həmçinin sürücülərin narkoloji testlərdən keçdiyini təsdiq edən arayışlarının olması mütləqdir.
“Sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı mütəmadi tədbirlər görülür. Həyata keçirilən mütəmadi monitorinqlər və vətəndaşların şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində pozuntu aşkar olunduqda, sürücülər xidmətdən kənarlaşdırılır”,- deyə AYNA-dan bildirilib.
Bolt-dan isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, Bolt sifariş operatoru funksiyasını yerinə yetirir, yəni sifarişləri müştərilərlə daşıyıcılar arasında əlaqələndirir. Daşıyıcı rolunda həm fərdi tərəfdaşlar, həm də avtoparklar çıxış edə bilər.
Qeyd olunub ki, daşıyıcı tətbiqdə qeydiyyatdan keçir və Azərbaycan qanunvericiliyində tələb olunan sənədləri təqdim etdikdən sonra onun üçün Bolt platformasında profil (hesab) yaradılır:
“Bu isə o deməkdir ki, sürücülər Bolt şirkətinin əməkdaşları və ya işçiləri deyil, sadəcə platforma vasitəsilə daşıyıcı xidmətini göstərən müstəqil tərəfdaşlardır”.
Diqqətə çatdırılıb ki, Bolt tətbiqində qeydiyyat zamanı tələb olunan sənədlər arasında daşıyıcının buraxılış vəsiqəsi və nəqliyyat vasitəsinin buraxılış kartının təqdim olunması əsas şərtlərdəndir.
“Qeyd edək ki, buraxılış vəsiqəsinin alınması üçün daşıyıcı dövlət tələblərinə əsasən tibbi müəssisə ilə müqavilə bağlamalı və narkoloji dispanserdən arayış təqdim etməlidir”.
Bundan əlavə bildirilib ki, nəqliyyat vasitəsinə buraxılış kartının verilməsi üçün avtomobilin texniki baxışdan keçməsi və bu məqsədlə texniki servis ilə müqavilə bağlanması qanunvericiliklə tələb olunur:
“Bolt, əməkdaşlıq etdiyi bütün daşıyıcılarla qaydalara riayət olunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı kommunikasiya aparır”.
Uber şirkətinə isə sorğu göndərsək də, sorğumuza cavab verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see234

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see191

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see165

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see162

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri