Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün səhər saatlarında paytaxtda “BakuBus” MMC-yə məxsus avtobusda sürücü ilə sərnişin arasında insident yaşanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu İnşaatçılar prospektində qeydə alınıb.
İddialara görə, 3 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü yaşlı qadını nəqliyyat vasitəsindən düşürüb.
Bu barədə bloger Azadə Həsənova sosial şəbəkə hesabında video paylaşaraq bildirib.
O qeyd edib ki, avtobusun dolu olması səbəbindən qadın arxa qapıdan minib.
Avtobusdakı sərnişinlər yaşlı qadına yer versələr də, sürücü arxa qapıdan minməyin qaydalara zidd olduğunu bildirib və qadın düşmədiyi halda avtobusu idarə etməyəcəyini deyib.
Hadisə zamanı qadının halı pisləşib və o, avtobusu tərk etməyə məcbur qalıb.