Icma.az
close
up
RU
Sürücü sərnişini arxa qapıdan mindirmədiyi üçün dava düşdü; “BakuBus” araşdırma başlatdı VİDEO

Sürücü sərnişini arxa qapıdan mindirmədiyi üçün dava düşdü; “BakuBus” araşdırma başlatdı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün səhər saatlarında paytaxtda “BakuBus” MMC-yə məxsus avtobusda sürücü ilə sərnişin arasında insident yaşanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu İnşaatçılar prospektində qeydə alınıb. İddialara görə, 3 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü yaşlı qadını nəqliyyat vasitəsindən düşürüb. Bu barədə bloger Azadə Həsənova sosial şəbəkə hesabında video paylaşaraq bildirib. O qeyd edib ki, avtobusun dolu olması səbəbindən qadın arxa qapıdan minib. Avtobusdakı sərnişinlər yaşlı qadına yer versələr də, sürücü arxa qapıdan minməyin qaydalara zidd olduğunu bildirib və qadın düşmədiyi halda avtobusu idarə etməyəcəyini deyib.
Hadisə zamanı qadının halı pisləşib və o, avtobusu tərk etməyə məcbur qalıb. Digər sərnişinlər isə vəziyyətə etiraz edərək “102” xidmətinə müraciət ediblər. Bundan sonra sürücü nəqliyyat vasitəsini idarə etməyə davam edib.
İnsidentin davamında sürücü “Gənclik Mall” yaxınlığında dayanacaqda saxlamalı olduğu halda hərəkətə davam edib və ticarət mərkəzinin digər çıxışında avtobusu saxlayaraq sərnişinlərə “Bu avtobus işləmir” deyərək düşmələrini tələb edib.
Şahidlərin sözlərinə görə, hadisədən sonra həmin sürücü digər avtobus sürücüsünə “bu sərnişinləri arxadan mindir” deyib. Digər sərnişinlər isə ona irad bildirərək “bir az əvvəl qaydalardan danışırdın, indi isə arxadan minsinlər deyirsən” cavabını veriblər.


Məsələ ilə bağlı “BakuBus” MMC-nın mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az saytında açılamasında bildirib ki, bu gün saat 08:00–09:00 radələri arasında “BakuBus”  MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusda sürücü ilə sərnişin arasında insident baş verib:
“Hadisə ilə bağlı hazırda araşdırma aparılır. Məsələnin aydınlaşdırılması video müşahidə kameraları vasitəsilə həyata keçirilir. Qeyd edək ki, video görüntülərin çıxarılması prosesi avtobusun axşam saatlarında depoya təhvil verilməsindən sonra həyata keçirilir.
Araşdırmanın nəticələrinə əsasən, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim ediləcəkdir”.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri