Sürücülük vəsiqəsi olanların belə səhv saldığı yol nişanı

21.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Yollarda elə nişanlar var ki, sürücülər onları görsələr də, hansı təhlükə barədə xəbərdarlıq etdiyini bilmirlər. Bu nişanlardan biri də daş uçması təhlükəsini göstərən xəbərdarlıq nişanıdır.

“Yeni Sabah” xəbər verir ki, şəkildəki nişan Azərbaycanda 1.26 nömrəsi ilə tətbiq olunur və qarşıda daş uçması, yola daş tökülməsi təhlükəsinin olduğunu bildirir.

Belə nişan əsasən, dağlıq və qayalıq ərazilərdən keçən yollarda quraşdırılır. Yağıntı, külək, torpağın boşalması və digər təbii amillər nəticəsində qayalardan daş parçaları yola düşə bilər. Bu səbəbdən sürücülər nişanı gördükdə sürəti azaltmalı və yola, xüsusilə də qayalıq ərazilərə diqqət etməlidirlər. pizza mizza

Daşların qəfil yola düşməsi həm avtomobilə, həm də hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükə yarada bilər.

Əsmətxanım Rzazadə 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью