Sürücülük vəsiqəsi olanların belə səhv saldığı yol nişanı
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Yollarda elə nişanlar var ki, sürücülər onları görsələr də, hansı təhlükə barədə xəbərdarlıq etdiyini bilmirlər. Bu nişanlardan biri də daş uçması təhlükəsini göstərən xəbərdarlıq nişanıdır.
“Yeni Sabah” xəbər verir ki, şəkildəki nişan Azərbaycanda 1.26 nömrəsi ilə tətbiq olunur və qarşıda daş uçması, yola daş tökülməsi təhlükəsinin olduğunu bildirir.
Belə nişan əsasən, dağlıq və qayalıq ərazilərdən keçən yollarda quraşdırılır. Yağıntı, külək, torpağın boşalması və digər təbii amillər nəticəsində qayalardan daş parçaları yola düşə bilər. Bu səbəbdən sürücülər nişanı gördükdə sürəti azaltmalı və yola, xüsusilə də qayalıq ərazilərə diqqət etməlidirlər. pizza mizza
Daşların qəfil yola düşməsi həm avtomobilə, həm də hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükə yarada bilər.
Baxış sayı:172
Bu xəbər 21 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















