Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı Şirkətin vergi borcu var

21.04.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC (VÖEN – 1403566801) olub.
Yeniavaz.com 
xəbər verir ki, Qoruq İdarəsi Şuşa şəhərində D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan yeni 7 (yeddi) yaşayış binasının tikintisi və ərazinin abadlaşdırlması işlərinin satın alınmasına görə “DİLER İNŞAAT” QSC-yə 29 milyon 373 min 906 manat 67 qəpik ödəyəcək.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “DİLER İNŞAAT” QSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşən QSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Onu da bildirək ki, “DİLER İNŞAAT” QSC-nin hazırda dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik vergi borcu var.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью