Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı Şirkətin vergi borcu var
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC (VÖEN – 1403566801) olub.
Yeniavaz.com xəbər verir ki, Qoruq İdarəsi Şuşa şəhərində D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan yeni 7 (yeddi) yaşayış binasının tikintisi və ərazinin abadlaşdırlması işlərinin satın alınmasına görə “DİLER İNŞAAT” QSC-yə 29 milyon 373 min 906 manat 67 qəpik ödəyəcək.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “DİLER İNŞAAT” QSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşən QSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Onu da bildirək ki, “DİLER İNŞAAT” QSC-nin hazırda dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik vergi borcu var.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Şuşada daha 45 binanın tikintisinə başlanıldı
15 Oktyabr 2025 11:21
Şuşada daha 7 yeni bina tikiləcək 29,4 milyon manat ayrıldı
21 Aprel 2026 20:56
4 manatlıq şirkətin 1 milyon manat vergi borcu var
29 Aprel 2026 18:32
Bu şirkətin 100 min manat vergi borcu var
14 Avqust 2025 18:27
Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var
12 Aprel 2025 00:44
Baxış sayı:198
Bu xəbər 21 Aprel 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















