Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Şuşada o vaxt musiqi məktəbi var idi. Oranı “Şərqin konservatoriyası” adlandırırdılar. Məndə olan məlumata görə onu əsas götürərək Şuşada konservatoriya açacaqlar. Şuşada konservatoriya açılan kimi orada professor vəzifəsində çalışmaq mənim üçün böyük bir fəxr olar. Ümidvaram ki, orada yeni istedadlar, yeni ustadlar meydana gələcək”
Bunu Moderator.az-a özəl açıqlamasında Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib. O daha sonra əlavə edib:
“Şuşa bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mötəbər tədbirlər məhz orada keçirilir. Şuşa isteadlar yurdudur. Şuşanın havası, suyu elədir ki, istedad istər-istəməz orada yetişir və yetişəcək də. Bunu danmaq olmaz. Ən istedadlı uşaqlar Şuşada musiqi təhsili almalıdır” deyə sənətkar bildirib.