“Şuşada konservatoriya açacaqlar, mən də professor kimi orada çalışacam” ÖZƏL
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Şuşada o vaxt musiqi məktəbi var idi. Oranı “Şərqin konservatoriyası” adlandırırdılar. Məndə olan məlumata görə onu əsas götürərək Şuşada konservatoriya açacaqlar. Şuşada konservatoriya açılan kimi orada professor vəzifəsində çalışmaq mənim üçün böyük bir fəxr olar. Ümidvaram ki, orada yeni istedadlar, yeni ustadlar meydana gələcək”
Bunu Moderator.az-a özəl açıqlamasında Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib. O daha sonra əlavə edib:

“Şuşa bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mötəbər tədbirlər məhz orada keçirilir. Şuşa isteadlar yurdudur. Şuşanın havası, suyu elədir ki, istedad istər-istəməz orada yetişir və yetişəcək də. Bunu danmaq olmaz. Ən istedadlı uşaqlar Şuşada musiqi təhsili almalıdır” deyə sənətkar bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 22 Noyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















