Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyalı mütəxəssislər suşi və rolların sağlamlıq baxımından təhlükəli olduğunu açıqlayıb.
AzPost xəbər verir ki, Rusiya Biotexnologiya Universitetinin (ROSBİOTEX) baytarlıq-sanitariya ekspertizası və bioloji təhlükəsizlik kafedrasının dosenti Polina Kulaç “Qazeta.ru”ya müsahibəsində bu yeməklərin insan orqanizmi üçün risklərini sadalayıb.
Onun sözlərinə görə, çiy balıqdan hazırlanan suşi və rollar küçə şaurması qədər təhlükəli ola bilər.
Balığın tərkibində çoxlu sayda parazit və bakteriyalar mövcuddur ki, onlar orqanizmə keçərək ciddi xəstəliklər yarada bilər.
Bundan başqa, bəzi balıq növlərində yüksək miqdarda civə toplanır.
Ekspert əlavə edib ki, bu yeməklərdə istifadə olunan souslar həddindən artıq duz və kalori daşıyır.
Bu isə həm allergik reaksiyalara, həm də qalxanabənzər vəzidə problemlərə səbəb ola bilər.