Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Harda gəldi tikilən “novostroykalar” Bakını gölməçələrə çevirir, şəhərin kanalizasiya xətlərini məhv edir Bakı bəlkə də yeganə şəhərlərdən biridir ki, bu şəhərdə yaşayan insanlar il boyu böyük yaradana dua edir, imdad diləyirlər ki, yağış yağmasın, bu şəhər qar-çovğun üzü görməsin.
Əlbəttdə təbiətin gözəlliklərini görmək, seyr etmək hər bir insanın arzusudur. Amma Bakı sakinləri xaric. Niyə?
Çünki azca yağış güclənən kimi bu plansız, necə gəldi tikilən şəhərin yollarını, küçə və məhəllələrini su basır, əhali Yaponiya və digər sunami ölkələrində olduğu kimi acınacaqlı durumla qarşılaşır.
Artıq Bakıda yağan yağışın fəsadı o yerə çatıb ki, hər dəfə bir insan itkisi ilə də üzləşirik.
Əsasən sovet dövründə salınan yol və zolaqlar, o dövrün əhali və nəqliyyat sayı üçün hesablanan hərəkət cədvəli artıq bu gün əsl faciə səbəbinə çevrilib.
Əlbətddə, o zaman bu şəhərin infrastrukturunu həmin illərə görə quranları lənətləmirik. Günah onlardan sonra gələnlərdədir.
Hər dəfə yağış yağıb yerimək olmayanda bu şəhərin infrastrukturu, kanalizasiya sistemi üçün hər il ayrılan on milyonları ciblərinə dürtənləri LƏNƏTLƏYİRİK.