Icma.az
close
up
RU
Suyu süzülən BAKI...

Suyu süzülən BAKI...

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Harda gəldi tikilən “novostroykalar” Bakını gölməçələrə çevirir, şəhərin kanalizasiya xətlərini məhv edir

Bakı bəlkə də yeganə şəhərlərdən biridir ki, bu şəhərdə yaşayan insanlar il boyu böyük yaradana dua edir, imdad diləyirlər ki, yağış yağmasın, bu şəhər qar-çovğun üzü görməsin. Əlbəttdə təbiətin gözəlliklərini görmək, seyr etmək hər bir insanın arzusudur. Amma Bakı sakinləri xaric. Niyə? Çünki azca yağış güclənən kimi bu plansız, necə gəldi tikilən şəhərin yollarını, küçə və məhəllələrini su basır, əhali Yaponiya və digər sunami ölkələrində olduğu kimi acınacaqlı durumla qarşılaşır. Artıq Bakıda yağan yağışın fəsadı o yerə çatıb ki, hər dəfə bir insan itkisi ilə də üzləşirik. Əsasən sovet dövründə salınan yol və zolaqlar, o dövrün əhali və nəqliyyat sayı üçün hesablanan hərəkət cədvəli artıq bu gün əsl faciə səbəbinə çevrilib. Əlbətddə, o zaman bu şəhərin infrastrukturunu həmin illərə görə quranları lənətləmirik. Günah onlardan sonra gələnlərdədir. Hər dəfə yağış yağıb yerimək olmayanda bu şəhərin infrastrukturu, kanalizasiya sistemi üçün hər il ayrılan on milyonları ciblərinə dürtənləri LƏNƏTLƏYİRİK. Amma gücümüz də təkcə elə o lənətləməyə yetir, başqa heç nə. Həmin milyonları cibişdanına dolduranların bir qismi artıq torpaq altındadır, qalanları da kənarda novruz xonçası kimi yığdıqlarını bala-bala yeməklə məşğuldurlar.

Bəli, 1960-70 illərin infrastrukturunu son 40-50 ildə yeniləməməyin cəzasıdır bu baş verənlər. Ötən əsrin 60-70-ci illərində Bakıda cəmi 1 milyondan bir qədər artıq insan yaşayırdısa, bu gün internet əsrinin Bakısında faktiki əhali sayı azı 3-4 milyon nəfəri keçib. Bölgələrdəki işsizlik ucbatından yeni iş yerləri axtarmaq, daha çox qazanmaq və sosial problemlərin altında əzilməmək üçün bütün bölgələrdən Bakıya əhali axını hər gün artır. “Səlib yürüşü” kimi əhali Bakıya axışıb gəlir. Yerlərdə dolanışıq səviyyəsində qazanc yerlərinin olmaması, bəzi yerli məmurların bürokratik və rüşvətxor əməlləri ucbatından yerli istehsal və sahibkarlığın havada qalması əhalini yaşamaq arzusu ilə Bakıya toplaşan əhali sıxlığı və tıxaclar paytaxtadakı problemlərin əsas səbəbi ola bilməz. Çünki bütün dünyada urbanizasiya problemi sürətlənib. Bu gün Azərbaycanda da bu proses gedir. Şəhərlərdə əhali sayının artımı tıxaclara səbəb olmamalıdır. Bakıdan qat-qat əhali sayı çox olar şəhərlər var. Amma orada şəhər nəqliyyat infrastrukturu elə qurulub ki hər şey normasında, saat kimi işləyir. Əsas da ictimai nəqliyyat çoxşaxəlidir. Bakıda isə ümid avtobuslaradır. Onlar tıxacda qalan kimi, ictimai nəqliyyatın işi iflic olur, sərnişinlər yollarda qalır. Bakı şəhərində tramvay xəttinin ləğv olunması bu gün tıxaclara səbəb olan əsas amillərdəndir.

Tramvay-tolleybus xətlərinin sökülüb məhv edilməsi Bakıya qarşı ən böyük xəyanət oldu!

Trolleybus, Tramvay... Bir vaxtlar Bakının gözəlliyi sayılan bu iki nəqliyyat vasitəsini 2000-ci il girən kimi söküb atdılar kənara. Dəmirlərini də İran bazarlarında “əritdilər”. Açıq deyəcəm: Tramvay-tolleybus xətlərinin sökülüb məhv edilməsi Bakıya qarşı ən böyük xəyanət oldu! Bakıda yağış yağan kimi əcəl təri tökməyimizin daha tutarlı səsəbləri var.

Yuxarıda da qeyd etdiyim kimi, kanalizasiya xətlərinin bərbad gündə olması Bakının bərbad günə qalmasının əsas problemidir. Min dəfə təəsüf olsun ki, bu başıbəlalı şəhərə neçə-neçə merlər gəlib getdisə də, heç biri bu şəhərin ən böyük dərdinə əlac olmadılar. Axı bu necə ola bilər ki, hər il büdcədən Bakının infrastrukturu üçün ayrılan vəsaitlərin heç olmasa cüzi hissəsi bu problemin həllinə yönəlməsin? Elə yağışlı ölkələr var ki, avtomobillərin hərəkəti adi günlərdəki kimi davam edir. Bakıda isə yağışın yarım saat intensiv yağması kifayətdir ki, küçələrdə su dizə çıxsın. Bəli, bu problem həll olunmasa Bakı daha dəhşətli iztirablarla üz-üzə qalacaq. Ona görə də Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Bəs Bakının kanalizasiya sistemlərini son illər bərbad günə qoyanlar kimlərdir? Özbaşına 15-20 mərtəbəli “novostroykalar” ucaldan işbazlar! Mütəxəssislər də etiraf edirlər ki, belə acınacaqlı vəziyyətin yaranması şəhərdəki kanalizasiya sisteminin tikinti şirkətləri tərəfindən bərbad hala salınması ilə bağlıdır. Belə ki, əksər hissələrdə kanalizasiya sistemi normadan bir neçə dəfə artıq yüklənir. Bəzi yerlərdə isə ümumi kollektora çıxış belə olmadığı iddia olunur.

Mətləb Salahov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri