Tacikistan çoxdilli təhsil təcrübəsini tətbiq edir

23.10.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Tacikistan çoxdilli təhsil sistemini tətbiq edir.
Newscenter.az Interfaks-a istinadən bildirir ki, bunu Tacikistanın təhsil və elm naziri Rəhim Saidzoda Türkmənistanın Aşqabad şəhərində Orta Asiya ölkələri və Monqolustanın təhsil nazirləri ilə çoxdilli təhsil vasitəsilə regional əməkdaşlığın inkişafına həsr olunmuş dəyirmi masa müzakirəsində deyib.
Səidzoda çıxışı zamanı çoxdilli təhsil sahəsində milli təcrübələrin paylaşılmasının vacibliyini qeyd edərək, dil müxtəlifliyinin istifadəsinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına və region ölkələri arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Tacikistanın dil siyasəti dövlət dilini sosial birlik amili kimi gücləndirməyi, ana dillərinə hörməti və xarici dillərin öyrənilməsi imkanlarını genişləndirməyi hədəfləyir.
Nazir bildirib ki, ölkə daxilində təhsil müəssisələrində tacik dili ilə yanaşı, rus, özbək, qırğız, türkmən və ingilis dillərindən də istifadə olunur. Ölkədə tədrisin bir neçə dildə aparıldığı təhsil müəssisələri də mövcuddur.
Səidzoda vurğulayıb ki, təkcə müxtəlif tədris dillərinin mövcudluğu tam çoxdilli təhsili təmin etmir. O bildirib ki, tədrisin keyfiyyəti, təhsil metodlarının effektivliyi və tələbələrin faktiki təlim nəticələri əsas əhəmiyyət kəsb edir.
Anar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью