Tacikistan çoxdilli təhsil təcrübəsini tətbiq edir
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Tacikistan çoxdilli təhsil sistemini tətbiq edir.
Newscenter.az Interfaks-a istinadən bildirir ki, bunu Tacikistanın təhsil və elm naziri Rəhim Saidzoda Türkmənistanın Aşqabad şəhərində Orta Asiya ölkələri və Monqolustanın təhsil nazirləri ilə çoxdilli təhsil vasitəsilə regional əməkdaşlığın inkişafına həsr olunmuş dəyirmi masa müzakirəsində deyib.
Səidzoda çıxışı zamanı çoxdilli təhsil sahəsində milli təcrübələrin paylaşılmasının vacibliyini qeyd edərək, dil müxtəlifliyinin istifadəsinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına və region ölkələri arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Tacikistanın dil siyasəti dövlət dilini sosial birlik amili kimi gücləndirməyi, ana dillərinə hörməti və xarici dillərin öyrənilməsi imkanlarını genişləndirməyi hədəfləyir.
Nazir bildirib ki, ölkə daxilində təhsil müəssisələrində tacik dili ilə yanaşı, rus, özbək, qırğız, türkmən və ingilis dillərindən də istifadə olunur. Ölkədə tədrisin bir neçə dildə aparıldığı təhsil müəssisələri də mövcuddur.
Səidzoda vurğulayıb ki, təkcə müxtəlif tədris dillərinin mövcudluğu tam çoxdilli təhsili təmin etmir. O bildirib ki, tədrisin keyfiyyəti, təhsil metodlarının effektivliyi və tələbələrin faktiki təlim nəticələri əsas əhəmiyyət kəsb edir.
Anar
Bu mövzuda digər xəbərlər:“YouTube” çoxdilli audio funksiyasını istifadəyə verdi
12 Sentyabr 2025 09:47
Tacikistan Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlıdır
13 May 2026 18:09
Azərbaycanla Tacikistan arasında təhsil sahəsində saziş təsdiqlənib
07 Avqust 2026 13:19
Səudiyyə Ərəbistanında çoxdilli Həcc, Ümrə terminologiyası lüğəti istifadəyə verilib AZƏRTAC
17 Yanvar 2025 11:00
Prezident Kitabxanasında “Zərifə Əliyeva” adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb
15 Aprel 2026 13:38
Baxış sayı:71
Bu xəbər 23 Oktyabr 2026 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















