Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “Komandamla fəxr edirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” – “Qarabağ” matçından (1:2) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, xalqımızı 8 noyabr – Zəfər Günü, həmçinin komandanı Avropa Liqasının yeni formatda keçirilən əsas mərhələsində ilk qələbə münasibətilə təbrik edib: “Xalqımızı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm.
Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuzun qazandığı qələbənin ildönümü ərəfəsində “Qarabağ” növbəti qalibiyyətini əldə etdi.
“Bodo Qlimt”ə qarşı səfərdəki matç çox ağır oldu. Rəqibin nə qədər güclü komanda olduğunu Avropa Liqasının liderləri sırasında yer alması da
“Bodo Qlimt” güclü rəqabətin olduğu Norveç çempionatında da liderdir.
İlk üç turda uduzmayan, “Porto” kimi adlı-sanlı bir klubu məğlub edən komanda ilə qarşılaşırdıq.
“Bodo Qlimt” ilk məğlubiyyətini komandamızdan aldı. Komandamla fəxr edirəm. Üstəlik, süni meydanda oynamalı olduq.