Icma.az
close
up
RU
Tahir Gözəl: “Bu komandaya inamım sonsuzdur” İdmanXəbər

Tahir Gözəl: “Bu komandaya inamım sonsuzdur” İdmanXəbər

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Komandamla fəxr edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” – “Qarabağ” matçından (1:2) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, xalqımızı 8 noyabr – Zəfər Günü, həmçinin komandanı Avropa Liqasının yeni formatda keçirilən əsas mərhələsində ilk qələbə münasibətilə təbrik edib:

“Xalqımızı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm. Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuzun qazandığı qələbənin ildönümü ərəfəsində “Qarabağ” növbəti qalibiyyətini əldə etdi. “Bodo Qlimt”ə qarşı səfərdəki matç çox ağır oldu. Rəqibin nə qədər güclü komanda olduğunu Avropa Liqasının liderləri sırasında yer alması da göstərir. “Bodo Qlimt” güclü rəqabətin olduğu Norveç çempionatında da liderdir. İlk üç turda uduzmayan, “Porto” kimi adlı-sanlı bir klubu məğlub edən komanda ilə qarşılaşırdıq. “Bodo Qlimt” ilk məğlubiyyətini komandamızdan aldı. Komandamla fəxr edirəm. Üstəlik, süni meydanda oynamalı olduq. Lakin rəqibin kimliyindən asılı olmayaraq, həmişə olduğu kimi, komandamıza inamımız böyük idi. Möhtəşəm mübarizə və qələbəyə görə futbolçularımıza təşəkkür edirəm. Çətin şimal səfərində komandamızı tək qoymayan azarkeşlərə də minnətdaram. Çox çətin oyunda vacib qələbə qazandıq. Bu komandaya inamım sonsuzdur. Mərhələnin sonuna qədər daha 4 oyunumuz var. Əminəm ki, komandamız gözəl oyunu ilə azarkeşlərimizi sevindirməkdə davam edəcək. Nəticələrdən asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, ötən gün Norveçdə keçirilən “Budyo Qlimt” – “Qarabağ” matçı Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 08 Noyabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri