Tailandda rusiyalı qadının başına dəhşətli hadisə gəldi: Cənnət adasından qorxunc görüntül…
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Tailandın məşhur Puket adasında rusiyalı evli cütlüyün başına dəhşətli hadisə gəlib.
Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, Nijni Novqorod bölgəsindən olan Yevgeni və Svetlana Xorev cütlüyü dekabrın 21-də qohumları ilə birlikdə tətil üçün Tailanda uçublar.
Ertəsi gün onlar moped icarəyə götürüblər və "cənnət adası"nın görməli yerlərini gəzmək üçün yola düşüblər (qeyd edək ki, onların beynəlxalq lisenziyaları olub, hər ikisi dəbilqədə olub və təbii ki, ayıq vəziyyətdə hərəkət ediblər).
Geri qayıdarkən yoldan keçən yük maşınından üç metrlik metal tir uçub və Svetlananı mopeddən yıxaraq ayağına girib.
Dəmir parçası, həmçinin Yevgenini də yaralayıb və onun sağ əlinin barmaqları sınıb.
Qadını qan aparıb və o, asfaltda uzanıqlı qalıb, əri isə qan itkisini azaltmaq üçün sağlam əli ilə onun ayağını sıxaraq saxlayıb.
Svetlana təcili xəstəxanaya aparılıb, lakin orada Xorevlərin sığortalarının olub-olmadığı ilə maraqlanıblar və əlavə pul tələb ediblər.
Tam oxu
Xəbəri oxu