Icma.az
close
up
RU
Tailandda rusiyalı qadının başına dəhşətli hadisə gəldi: Cənnət adasından qorxunc görüntülər

Tailandda rusiyalı qadının başına dəhşətli hadisə gəldi: Cənnət adasından qorxunc görüntülər

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Tailandın məşhur Puket adasında rusiyalı evli cütlüyün başına dəhşətli hadisə gəlib.

Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, Nijni Novqorod bölgəsindən olan Yevgeni və Svetlana Xorev cütlüyü dekabrın 21-də qohumları ilə birlikdə tətil üçün Tailanda uçublar. Ertəsi gün onlar moped icarəyə götürüblər və "cənnət adası"nın görməli yerlərini gəzmək üçün yola düşüblər (qeyd edək ki, onların beynəlxalq lisenziyaları olub, hər ikisi dəbilqədə olub və təbii ki, ayıq vəziyyətdə hərəkət ediblər).

Geri qayıdarkən yoldan keçən yük maşınından üç metrlik metal tir uçub və Svetlananı mopeddən yıxaraq ayağına girib. Dəmir parçası, həmçinin Yevgenini də yaralayıb və onun sağ əlinin barmaqları sınıb. Qadını qan aparıb və o, asfaltda uzanıqlı qalıb, əri isə qan itkisini azaltmaq üçün sağlam əli ilə onun ayağını sıxaraq saxlayıb.

Svetlana təcili xəstəxanaya aparılıb, lakin orada Xorevlərin sığortalarının olub-olmadığı ilə maraqlanıblar və əlavə pul tələb ediblər. Yevgeni tələb olunan məbləği toplayıb və sənədləri qaydasına salıb. Və yalnız bundan sonra həkimlər öz işlərinə başlayıblar.

İndi Svetlana artıq bir sıra əməliyyatlar keçirib, lakin sığorta üçün ayrılan pullar tükənib və cütlüyün xəstəxanaya 1.3 milyon rubl (təxminən 21 min manat) borcu var. Sığorta şirkəti isə tibbi prosedurlar üzrə limitin tükəndiyini bildirib.

Qadın möcüzə nəticəsində sağ qalıb, lakin hazırda xəstəxana çarpayısında ağır vəziyyətdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri