Taksi şirkətləri bu sürücülərə qarşı ciddi tədbir görməlidirlər | Icma.az
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Taksi xidmətində son zamanlar müşahidə olunan problemlər, xüsusilə sürücülərin və taksi şirkətlərinin müştərilərə göstərdiyi xidmətin keyfiyyəti ilə bağlı ciddi narazılıqlar yaranıb.
Bu problemlər gündəlik həyatda və sosial şəbəkələrdə tez-tez müzakirə olunmaqdadır.
Müştərilər sərnişinlərə təqdim edilən xidmətin həm operativliyi, həm də şəffaflığı məsələsində bir çox çətinliklərlə qarşılaşır, bu isə müştəri məmnuniyyətini ciddi şəkildə zədələyir.Kartla ödəniş problemi və sürücülərin imtina etməsiBildiyimiz kimi, bu gün bir çox taksi xidməti kartla ödəmək imkanı təqdim edir.
Bu, müştərilər üçün çox əlverişli olsa da, bəzi sürücülər üçün əlavə çətinlik yaradır.
Müştərilər kartla ödəniş etmək istəsə də sürücülər tez-tez imtina edirlər.
Sürücülər müştərilərə zəng edərək, "kartla vurmusunuz, bu mənə sərf etmir" deyirlər.
Müştərilər kartla ödəməyi təklif etdikdə, bəzən sürücülər hətta sifarişi qəbul etməyərək telefonu kəsir və ya zəngə cavab vermirlər.
Tam oxu
Xəbəri oxu