Taksi sürücüləri avtomobilini dəyişəndə nə etməlidirlər? AYNA dan AÇIQLAMA | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hazırda tətbiq edilən qaydalar əsasında taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobilini yenilədikdə onlara hansısa problem yaranıb-yaranmayacağını məsələsindən narahatdırlar.
Bu barədə Oxu.Az-a müraciət daxil olub. "Səkkiz ildir taksi fəaliyyəti ilə məşğulam. Bütün sənədlərim qaydasındadır.
Keçən il fəaliyyət göstərməyim üçün yeddi illik icazə almışam. İndi maşını dəyişmək istəyirəm.
Bilmək istərdim ki, yeni maşın alsam, taksi fəaliyyəti göstərməyimə problem yarana bilərmi?", - deyə müraciətdə yazılır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Tural Orucov Oxu.Az-a açıqlamasında bildirdi ki, taksi minik avtomobili ilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər: "Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.
Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür.
Buraxılış kartı isə məhz taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.
Tam oxu
Xəbəri oxu