Icma.az
close
up
RU
Taksi sürücüləri avtomobilini dəyişəndə nə etməlidirlər? AYNA dan AÇIQLAMA

Taksi sürücüləri avtomobilini dəyişəndə nə etməlidirlər? AYNA dan AÇIQLAMA

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda tətbiq edilən qaydalar əsasında taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobilini yenilədikdə onlara hansısa problem yaranıb-yaranmayacağını məsələsindən narahatdırlar.

Bu barədə Oxu.Az-a müraciət daxil olub.

"Səkkiz ildir taksi fəaliyyəti ilə məşğulam. Bütün sənədlərim qaydasındadır. Keçən il fəaliyyət göstərməyim üçün yeddi illik icazə almışam. İndi maşını dəyişmək istəyirəm. Bilmək istərdim ki, yeni maşın alsam, taksi fəaliyyəti göstərməyimə problem yarana bilərmi?", - deyə müraciətdə yazılır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Tural Orucov Oxu.Az-a açıqlamasında bildirdi ki, taksi minik avtomobili ilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər:

"Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə məhz taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Buraxılış vəsiqəsi olan şəxs yeni avtomobillə taksi fəaliyyəti göstərmək istəyirsə, əvvəlki avtomobilin buraxılış kartını ləğv etdirməli və digər avtomobil üçün 31 dekabr 2025-ci ilə qədər yeni buraxılış kartı əldə etməlidir".

T.Orucov vurğulayıb ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz.

"1 iyul 2024-cü ildən bu yana buraxılış tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilmir. Qanunvericiliyə əsasən, taksi minik avtomobillərinə buraxılış kartı yeddi il müddətinə verilir. Yəni yaşı səkkiz ilədək olan avtomobillər müvafiq icazələr alaraq 15 ilədək taksi kimi istifadə oluna bilərlər.

Eyni zamanda taksi sürücülərinin fərqlənmə nişanı alaraq fəaliyyətlərini davam etdirmələri tövsiyə olunur. "Fərqlənmə nişanı" sürücünün fəaliyyət növünə uyğun olaraq, vergi öhdəliklərini yerinə yetirir. Bundan əlavə, taksi fəaliyyəti göstərən sürücülər peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur, sonda imtahan verirlər. İmtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə hüquq qazanırlar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə "E-taksi" alt sistemi yaradılıb. Bütün taksi icazələrinin verilməsi fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir", - deyə T.Orucov bildirib

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:542
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri