Taksidə sərhəd problemi Sürücülər qayıdanda müştərisiz qalacaq | Icma.az
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı inzibati ərazi üzrə alınırsa, sürücü yalnız həmin ərazidə fəaliyyət göstərə bilər.
Bu məlumat xüsusilə regionlarda yaşayan və paytaxtla rayonlar arasında sərnişindaşıma ilə məşğul olan sürücüləri narahat edir.Sürücülərin sözlərinə görə, artıq xeyli müddətdir ki, taksi tətbiqləri vasitəsilə onlara yalnız Bakı ərazisindən sifarişlər yönləndirilir və bu da fəaliyyət imkanlarını məhdudlaşdırır.
Regionlardan paytaxta sərnişin gətirən sürücülər geri dönüş zamanı sifariş ala bilmədiklərini, bəzi hallarda isə tətbiqlərin onları avtomatik olaraq passiv rejimə saldığını iddia edirlər.
Bu vəziyyət həm maddi itkilərə, həm də bazarda bərabər rəqabət imkanlarının pozulmasına səbəb olur.Məsələ təkcə sürücülərin qazancı ilə bağlı deyil, eyni zamanda hüquqi suallar doğurur.
Mövcud qaydaların necə tətbiq olunduğu, hansı halların pozuntu sayıldığı və sürücülərin fəaliyyət sərhədlərinin harada başladığı və bitdiyi hələ də tam aydın deyil.
Elə bu qeyri-müəyyənlik də cəmiyyətdə və taksi sektorunda narahatlığın əsas mənbəyinə çevrilib.Nəqliyyat eksperti Aslan Əsədov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar sürücülər arasında haqlı narahatlıq yaradıb:“Taksiyə buraxılış kartı və fərqlənmə nişanı inzibati ərazi vahidi üzrə verildiyi üçün, qanunvericiliyin məntiqinə görə sürücünün əsas fəaliyyət zonası da həmin ərazi hesab olunur.
Bu yanaşmanın məqsədi bazarı nizamlamaq, nəzarətsiz fəaliyyəti və qeyri-qanuni taksi daşımalarını azaltmaqdır.
Tam oxu
Xəbəri oxu