Icma.az
close
up
RU
Taksidə sərhəd problemi Sürücülər qayıdanda müştərisiz qalacaq

Taksidə sərhəd problemi Sürücülər qayıdanda müştərisiz qalacaq

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı inzibati ərazi üzrə alınırsa, sürücü yalnız həmin ərazidə fəaliyyət göstərə bilər. Bu məlumat xüsusilə regionlarda yaşayan və paytaxtla rayonlar arasında sərnişindaşıma ilə məşğul olan sürücüləri narahat edir.
Sürücülərin sözlərinə görə, artıq xeyli müddətdir ki, taksi tətbiqləri vasitəsilə onlara yalnız Bakı ərazisindən sifarişlər yönləndirilir və bu da fəaliyyət imkanlarını məhdudlaşdırır. Regionlardan paytaxta sərnişin gətirən sürücülər geri dönüş zamanı sifariş ala bilmədiklərini, bəzi hallarda isə tətbiqlərin onları avtomatik olaraq passiv rejimə saldığını iddia edirlər. Bu vəziyyət həm maddi itkilərə, həm də bazarda bərabər rəqabət imkanlarının pozulmasına səbəb olur.
Məsələ təkcə sürücülərin qazancı ilə bağlı deyil, eyni zamanda hüquqi suallar doğurur. Mövcud qaydaların necə tətbiq olunduğu, hansı halların pozuntu sayıldığı və sürücülərin fəaliyyət sərhədlərinin harada başladığı və bitdiyi hələ də tam aydın deyil. Elə bu qeyri-müəyyənlik də cəmiyyətdə və taksi sektorunda narahatlığın əsas mənbəyinə çevrilib.
Nəqliyyat eksperti Aslan Əsədov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında  bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar sürücülər arasında haqlı narahatlıq yaradıb:
“Taksiyə buraxılış kartı və fərqlənmə nişanı inzibati ərazi vahidi üzrə verildiyi üçün, qanunvericiliyin məntiqinə görə sürücünün əsas fəaliyyət zonası da həmin ərazi hesab olunur. Bu yanaşmanın məqsədi bazarı nizamlamaq, nəzarətsiz fəaliyyəti və qeyri-qanuni taksi daşımalarını azaltmaqdır. Lakin burada mühüm bir hüquqi detal var ki, sərnişini bir rayondan Bakıya gətirən sürücünün geri dönüşü avtomatik olaraq qadağan edilmir. Sürücü əvvəlcədən qəbul etdiyi sifarişi icra edə bilər və bu, qayda pozuntusu sayılmır. Problem əsasən Bakıda davamlı və sistemli şəkildə yeni sifarişlər qəbul edildikdə ortaya çıxır. Yəni fəaliyyət faktiki olaraq daimi iş formasını alırsa, bu artıq icazə verilən ərazidən kənar fəaliyyət kimi qiymətləndirilə bilər”.
O deyib ki, proqramların bloklanması birbaşa qanun yox, platformaların daxili qaydaları ilə tənzimlənir:
“Əgər sürücünün fəaliyyəti mövcud qaydalara zidd hesab olunarsa, tətbiqlər onun hesabını müvəqqəti məhdudlaşdıra və ya xəbərdarlıq edə bilər. Bu isə hüquqi yox, daha çox müqavilə münasibətləri çərçivəsində baş verir. Qaydanı pozan sürücülər üçün inzibati məsuliyyət də nəzərdə tutulur. Bu, xəbərdarlıqdan tutmuş cəriməyə, hətta buraxılış kartının müvəqqəti dayandırılmasına qədər uzana bilər. Burada əsas meyar pozuntunun xarakteri və təkrarlanma dərəcəsidir. Rayon sürücülərinin Bakıya sərnişin gətirməsi qanunsuz deyil, lakin Bakıda daimi şəkildə taksi fəaliyyəti göstərməsi risklidir. Hüquqi boşluqlar və qeyri-müəyyənlik aradan qaldırılmadıqca bu mövzu mübahisə doğurmağa davam edəcək. Sürücülər üçün ən doğru yol rəsmi izahların verilməsi və qaydaların daha aydın şəkildə tənzimlənməsidir”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2026 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see447

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see333

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see329

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see315

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see285

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see280

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see279

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see269

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see267

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see266

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see266

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see264

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see246

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see245

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see244

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see218

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see209

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see203

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri