Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. Vətəndaşların taksilərdə üzləşdikləri problemlər davam edir.
Yol-nəqliyyat hadisələri, sürücülərin qeyri-adekvat davranışları, sürət həddinin aşılması hər bir sərnişinin üzləşə biləcəyi problemlərdəndir.
Heydər Əliyev prospektində baş vermiş taksi qəzası cəmiyyətdə geniş müzakirələrə səbəb oldu.
Hadisədən sonra sosial şəbəkələrdə və mediada taksi xidmətləri ilə bağlı narazılıqlar bir daha gündəmə gəldi.
Ümumiyyətlə, son dövrlərdə ictimai nəqliyyat, xüsusilə taksi xidmətlərindən istifadə zamanı yaşanan bəzi xoşagəlməz hallar cəmiyyətdə narahatlıq doğurur.
Yol-nəqliyyat hadisələri, sürücülərin qeyri-adekvat davranışları, sürət həddinin aşılması və digər problemlər taksidə sərnişin təhlükəsizliyi məsələsini gündəmə gətirir.
Bəs taksidə təhlükəsizliyimizi qorumaq üçün hansı addımları atmalı, necə davranmalıyıq?
Məlumdur ki, mobil tətbiq vasitəsilə taksi sifariş etdikdə, hər dəfə gedişi bitirdikdən sonra tətbiqdə mütləq sürücünün qiymətləndirilməsi tələb olunur.