Icma.az
close
up
RU
Taksidə təhlükəsizliyimizi necə qoruyaq?

Taksidə təhlükəsizliyimizi necə qoruyaq?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Vətəndaşların taksilərdə üzləşdikləri problemlər davam edir. Yol-nəqliyyat hadisələri, sürücülərin qeyri-adekvat davranışları, sürət həddinin aşılması hər bir sərnişinin üzləşə biləcəyi problemlərdəndir. 

Heydər Əliyev prospektində baş vermiş taksi qəzası cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Hadisədən sonra sosial şəbəkələrdə və mediada taksi xidmətləri ilə bağlı narazılıqlar bir daha gündəmə gəldi. Ümumiyyətlə, son dövrlərdə ictimai nəqliyyat, xüsusilə taksi xidmətlərindən istifadə zamanı yaşanan bəzi xoşagəlməz hallar cəmiyyətdə narahatlıq doğurur. Yol-nəqliyyat hadisələri, sürücülərin qeyri-adekvat davranışları, sürət həddinin aşılması və digər problemlər taksidə sərnişin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Bəs taksidə təhlükəsizliyimizi qorumaq üçün hansı addımları atmalı, necə davranmalıyıq?

Məlumdur ki, mobil tətbiq vasitəsilə taksi sifariş etdikdə, hər dəfə gedişi bitirdikdən sonra tətbiqdə mütləq sürücünün qiymətləndirilməsi tələb olunur. Bu qiymətləndirmədən istifadə edən də var, etməyən də. Sürücü tələblərə cavab verməsə belə, beş balla qiymətləndirən də var, ideal sürücüyə üç bal verən də... Maraqlıdır, qiymətləndirmənin əhəmiyyəti nədir?

Eyni sürücü ilə bağlı bir neçə mənfi rəy toplanarsa...

BAKU.WS xəbər verir ki, taksi fəaliyyətini həyata keçirən "Bolt" şirkətindən "Kaspi" qəzetinə bildirildi ki, qiymətləndirmə xidmət keyfiyyətinin artırılmasını təmin edən əsas alətdir: "Əgər sürücünün davranışı ilə bağlı şikayət daxil olub və nəticədə o, platformadan uzaqlaşdırılıbsa, bu, yüzlərlə potensial təhlükəli səfərin qarşısının alındığı deməkdir. Nəticə böyük ölçüdə sürücünün özündən asılıdır. Bəzi insanlar xidmət göstərmək üçün kifayət qədər uyğun deyillər və bu cür şəxslərin istifadəçi rəylərinə əsasən sistemdən kənarlaşdırılması tamamilə normaldır. Aşağı bal alan sürücülər zərurət olduqda əlavə təlimlərə cəlb olunur və ya xəbərdarlıq alırlar. Aşağı reytinqlər xidmət keyfiyyəti və sürücü davranışı ilə bağlı problemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Əgər sərnişin bir, iki və ya üç bal verərsə, sistem avtomatik olaraq səbəb seçməyini tələb edir (məsələn: sürücünün kobud davranışı, avtomobilin təmiz olmaması və s.). Bu məlumatlar şirkətin keyfiyyət komandası tərəfindən izlənilir və eyni sürücü ilə bağlı bir neçə mənfi rəy toplanarsa, müvafiq tədbirlər görülür".

Əgər sərnişin sadəcə hörmət xatirinə beş bal verirsə...

Şirkətin məlumatına görə, əgər sərnişin bir sürücüyə aşağı bal verib və səbəb qeyd edibsə, bu məlumat sistemdə yadda saxlanılır və gələcəkdə eyni sürücünün həmin sərnişinə təyin olunma ehtimalı azalır: "Adekvat olmayan, yəni real performansa uyğun olmayan ballar müəyyən mənfi nəticələrə səbəb ola bilər. Məsələn, əgər sərnişin sadəcə hörmət xatirinə beş bal verirsə, problemli halların vaxtında aşkarlanması çətinləşir. Əgər aşağı keyfiyyətli xidmət göstərən sürücü gerçək vəziyyəti əks etdirməyən yüksək ballar alırsa, sistemdə yüksək reytinqli istifadəçi kimi görünür. Beləliklə, qiymətləndirmə sistemi öz funksionallığını itirir, çünki sürücülər nə düzgün geribildirim ala, nə də xidmətlərini təkmilləşdirmək üçün bu məlumatdan faydalana bilirlər".

"Operatorlar qeyri-qanuni taksi sürücülərinə görə külli miqdarda cərimələnir"

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirdi ki, vətəndaşlar taksi sifarişini əsasən mobil tətbiq vasitəsilə edirlər, bəzi hallarda sifarişə başqa sürücü gəlir: "Yəni, tətbiqdə göstərilən şəxslə sifarişə gələn eyni olmur. Bu, artıq sərnişində şübhə doğurmalıdır. Anlamalıdır ki, əgər sifariş etdiyi maşın gəlmirsə, yaxud sürücü başqadırsa, demək ki, burada bir problem var. Bu o deməkdir ki, hazırda taksini idarə edən şəxs taksi fəaliyyətindən daimi və ya müvəqqəti kənarlaşdırılıb, ona blok qoyulub. Burada artıq sərnişin təhlükəsizliyinə güvənmirsə, həmin taksidən istifadə etməməlidir. Güvənmədikdə, vətəndaş ilk növbədə çağırdığı taksi operator şirkətinə məlumat verməlidir ki, bununla bağlı tədbir görülsün. Çünki taksi operator şirkətləri də qeyri-qanuni işləyən sürücülərə görə külli miqdarda cərimə oluna bilər. Yeni taksi qaydalarına görə, dövlət qurumu həmin taksi şirkətini 20 min manatdan başlayan məbləğlə cərimələyir. Bu səbəbdən taksi şirkətləri də maraqlıdır ki, qeyd olunan maşın və qeyd olunan şəxs çağırışa gəlsin".

Sürücü nalayiq hərəkət edərsə...

Mütəxəssis vurğulayır ki, əgər taksidə sürücü nalayiq hərəkət edərsə, bu zaman sərnişin Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etməlidir: "Aldadılma məsələsi varsa, pulun qalığı verilmirsə, yaxud əvvəlki sövdələşmə qiymətindən daha bahalı qiymət təklif olunursa, bu zaman sərnişin həm taksi şirkətinə, həm də müvafiq dövlət qurumuna müraciət edə bilər". 

E.Cəfərov vurğulayır ki, vəziyyət o yerə gəlib ki, peşəkar sürücülər işləyə bilmirlər: "Əyləncə xatirinə taksi sürənlər peşəkar sürücülərin işinə mane olurlar. Neqativ hallar çoxaldıqda, insanlar peşəkarlara da etibar etmir. Biz belə sürücülərdən xilas olmalıyıq".

Sürücülərdən alınan yüksək komissiya

Taksi şirkətlərinin probleminə gəldikdə isə, mütəxəssis bildirir ki, taksi sahəsində ən ciddi problem taksi şirkətlərinin qanunvericiliyə tam əməl etməməsidir: "Bu problemlər taksi sürücülərinin əməyinin istismar edilməsi, şirkətlərin sürücülərdən aldığı yüksək komissiyalardır. Bu məsələlər müvafiq dövlət qurumları tərəfindən həll edilməlidir. Xarici taksi şirkətləri qarşısında məsələ qaldırımaldırılar ki, onların sürücülərdən aldığı yüksək komissiya haqqı azaldılsın".

"141"ə müraciət edin

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirildi ki, sərnişinlərdən taksilərlə bağlı qarşılaşdıqları müxtəlif problemlərə dair AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Aprel 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri